Jan 28, 2012

Real Madrid Çemp...

Real Madrid evdə rahat qalib gəldi, Barça isə həmişəki kimi səfərdə xal itirdi. Və aralarındakı xal fərqi 7 oldu! 


Barcelona, ilk hissədə qol vura bilmədiyi son 2 oyunda qalib gələ bilməyib (Sevilla, Getafe)
Real Madrid, 16 liqa oyunundan 15-ni qalib tamamlayıb.
Yalnız 2003/04 sezonunda Valencia, 7 xal geridən gəlib çempion olan tək klubdur.

Xavi & Iniesta - The Art of The Football



Iniesta, Xavi haqqında: Bəzən baxmadan belə onun harada olduğunu bilirəm.

Jan 26, 2012

Messi "Time" jurnalının üz səhifəsində

El Clasico'dan Statistikalar


Dünənki əla oyundan sonra ön plana çıxan bir neçə maraqlı statistika:

 Sergio Ramos, Camp Nou'da oynanan son 7 El Clasico oyununda 6 sarı kart və 1 qırmızı kart alıb.
 Barcelona'da ancaq Messi son 11 El Clasico'da Pedro'dan çox qol vuran oyunçudur.
 Karim Benzema, bu sezon Barcelona'ya qarşı oyunlarda 3 qol vurub, 2 asist edibş
 Jose Mourinho, ilk dəfə kubokun 1/4 finalında uduzaraq, kubokdan kənar qalıb. (15)
 Pep Guardiola, heç vaxt 1/4 finalında uduzmayıb (6)
 2010/11 sezonundan bu yana oynanan 10 El Clasico'da 9 qırmızı kart çıxıb. (R.Madrid 7, Barcelona 2)
 Messi, ard arda 3 El Clasico'da qol vura bilməyib.
 Cristiano Ronaldo, son Copa Del Rey oyunlarının hamısında Barcelona'ya qol vurub. 

Jan 25, 2012

Super Clasico

Son illərin ən rəqabətli El Clasico'sunu izlədik deyə bilərəm... Real Madrid, 1-2-nin cavab oyununa çox yaxşı hazırlaşmışdı. Hamı keçən həftə olanlardan sonra Real'ın Camp Nou'da böyük hesabla uduzacağına inanırdı, ancaq futbolda həmişə olduğu kimi hamı aldandı. İlk dəqiqələrdə Higuain'in 2 dəfə qola yaxınlaşması, Mesut'un dirəyi Barcelona'nı oyunda saxladı və özünə gələn Barça Messi'nin Pedro'ya verdiyi Maradonavari pası ilə 1-0 önə keçdi, daha sonra ilk hissə bitərkən Dani Alves'in El Clasico'ya yaraşan qolu ilə hesabı 2-0'a çatdırdı. 


El Clasico'nu izah edən foto
İkinci hissəyə, birinci hissədən də istəkli çıxan Real Madrid'li futbolçular əla oynadıqları 45 dəqiqə ilə hesabı 2-2'yə gətirdilər, ancaq turu keçmək üçün lazım olan 1 qolu vura bilmədilər... Oyuna həmişəki kimi hakimlərin səhvləri kölgə saldı. Əvvəlcə Lassana Diarra'nın Messi'yə qarşı etdiyi açıq aydın "təpiyinə" qırmızı verməyən hakim, daha sonra Abidal və Busquest'in əlinə dəyən topu görmədi. 90 dəqiqəyə 3 dəqiqə əlavə etməyi isə ən böyük səhvi idi. Qısacası, illər sonra ilk dəfə belə gözəl futbol izlədik, ancaq qazanan azarkeşlər yox, "başqaları" oldu...


                          

Jan 23, 2012

De Gea əməliyyat olacaq

Manchester United'in gənc qapıçısı De Gea, sezon sonu gözündən əməliyyat olunacaq. Sezonun ortasına doğru gözündə problemlər yaşayan qapıçısının, yerini Lindegaard'a təhvil verməsinin səbəblərindən biri də budur.


Jan 19, 2012

El "Clasico"


Həmişəki kimi qalib tərəf Barcelona oldu, ancaq oyunun gözəlliyinə ləkə salan bir neçə hal da oldu. Pepe'nin Messi'nin əlini bilərəkdən əzməsi, ondan əvvəl yalandan üzünü tutub yerə yıxılması, ümumilikdə Pepe'nin simulyasiyaları və Coentrao'nun Messi'yə qarşı etdiyi bu çirkin hərəkət. Belə hərəkətləri Barcelona tərəfi də etmişdi keçən il, bu il də dəyişən heçnə olmadı... Bu dəfə də Real Madrid'li oyunçular çirkin oyunları ilə yadda qaldılar. 1 ildə 9 El Clasico'dan bezmişdik onsuz da, belə oyunu gördükdən sonra heç baxmaq istəmir insan... 


Nə sistemdən, nə də oyun gedişatından yazmağa ehtiyac var, çünki hər şey hər zamanki kimi oldu və yenə Barcelona üstün oyunu ilə qələbə qazandı. Real Madrid, oyun boyu sadəcə 27% topa sahib olma ilə oynayıb. Hələ də Pep ilə Mourinho'nu qarşılaşdıranlar varsa bu faizlərə bir daha baxsın sonra yenə fikirləşsin... Guardiola'nın dünən 41 yaşı tamam oldu və məncə aldığı ən gözəl hədiyyə Real Madrid qələbəsi oldu. Hədiyyəni təqdim edən isə bir neçə gün əvvəl sözləşməsini uzadan Abidal idi.


El Clasico'dan maraqlı statistikalar:


1) İki klubun El Clasico'lardakı qalibiyyət seriyaları bərabərləşdi: 86-86. Guardiola Barcelona'nın baş məşqçisi olarkən bu hesab 85-77 idi.
2) Guardiola, Bernabue'da ən çox qələbə qazanan Barcelona'lı baş məşqçi ünvanına sahib oldu.
3) Bernabue'dakı son 10 oyunda Messi sadəcə 1 dəfə qol vura bilməyib və pas verə bilməyib.
4) Puyol, kariyerasında ikinci dəfə Real Madrid'ə qol vurdu və bu qolların hər ikisinin pasını Xavi verib.
5) Barcelona'nın vurduğu hər iki qolun müəllifi müdafiəçilər idi.




Dünən El Clasico'nu izləyən Rooney twitter hesabından Pepe'ni yad edib :)



Jan 17, 2012

Real Madrid - Barcelona oyununa doğru


Sabah Copa Del Rey'in 1/4 finalında yenidən Real Madrid və Barcelona qarşılaşacaq. Real Madrid'də oynamayacaq olan ilk isim Arbeloa'dır. Kart cəzasına görə bu oyunu buraxmalı olacaq. Digər isim isə Di Maria... Dünən məşqdə zədələnən Di Maria yenə derbidə olmayacaq. Khedira isə 1 ay meydanlardan uzaq qalacaq. Arbeloa, Khedira və Di Maria, bu 3 isim Real Madrid'in orta bölgədəki oyun planını oyuna çıxmamaqla böyük ölçüdə dəyişə bilər... 

Barcelona tərəfində də kifayət qədər zədəli oyunçu var. Ancaq Seydou Keita Afrika millətlər kubokunda olduğundan sabah meydana çıxa bilməyəcək. Meydana çıxa bilməyəcək olan digər isimlər isə; uzun müddətli zədəli olan Villa, Affelay, Osasuna oyununda zədələnən Fontas, son oyunlarda kiçik zədə keçirən Pedro'dur. 

Təxmini ilk 11-lər isə belədir:


Son El Clasico'lardan statistikalar:

1) Real Madrid, oynadıqları 12 El Clasico'nun yalnız birindən qalib ayrılıb. 8 məğlubiyyət, 3 bərabərlik.
2) Ən son El Clasico'da (1-3) Karim Benzema, El Clasico'lar tarixinin ən tez qoluna imza atdı (23 saniyə)
3) Real Madrid, Copa Del Rey finalından keçən il Barcelona'nı Mestella'da Ronaldo'nun vurduğu qolla məğlub etmişdi.
4) 1-3 bitən son görüşdə, Lionel Messi 6 oyundan sonra ilk dəfə Real Madrid'ə qol vura bilməmişdi. 
5) Sabah oynanacaq olan El Clasico, bu il 9-cu dəfə oynanacaq.
6) Pep, Bernabeu'da uduzmayıb.

Jan 13, 2012

Lefter'in Fenerbahçe hikayesi

"Fenerbahçe, Beyoğluspor'dan Şalapi'yi transfer etmek ister. Yönetici Nikoliodis size öyle bir sporcu vereceğim ki anası onu sanki Fenerbahçe için doğurmuş der... Bu futbolcu Beyoğluspor'dan Taksim'e giden sonra da 4 yıllık askerlik görevi için Diyarbakır'da bulunan Lefter Küçükandonyadis'tir. O dönem takımın sol beki olan Ruhi Karaduman'ın babası Diyarbakır Emniyet Müdürüdür. Lefter'i Fenerbahçe'ye getirme görevi ona verilir...
2 ay sonra bir maçın devre arasında Karaduman, Lefter'i getirir. Rüştü Dağlaroğlu şaşırır Lefter'i görünce.Yahu bundan futbolcu olur mu der. Ertesi gün Molnar, Lefter'i antrenmana alır. 25 dakikada 4 gol atan Lefter antrenman biter bitrmez ayakkabılarını bırakıp sahadan kaçar. Kulüp tarafından görevlendirilen Reşat Erte 15 gün sonra Lefter'i Büyükada'da bulur ve tekrar kulübe getirir. Rüştü Dağlaroğlu, "oğlum bir şeye ihtiyacın mı var?" der. Lefter, "evet babam hasta,fakir, balıkçılıkla geçiniyor" der. Dağlaroğlu cebinden iki yüz lira çıkartır, verir. Lefter'in gözleri ışıldar; "Göreceksiniz onlarca yüzlerce mislini size kazandıracağım der" (Halit Deringör'ün "Fenerbahçe Cumhuriyeti ve Cumurbaşkanları" kitabından)




Ve o günden sonra Lefter'li günler başlar. 15 Yıl Fenerbahçe'ye hizmet eden Lefter, 615 maçta 425 gol attı. 2 İstanbul, 1 de Türkiye ligi şampiyonluğu yaşadı Fenerbahçe forması ile... İtalya'da Fiorentina, Fransa'da Nice klubünde forma giyen ilk türk futbolculardandır. Türkiye'de ilk kez takımına bonservis bedeli kazandırarak yabancı bir takıma transfer olan ilk TÜRK futbolcudur, Lefter... 


Mekanın cennet olsun Lefter Küçükandonyanis... Orada Metin Oktay'la buluşmak dileği ile...



Jan 11, 2012

Həftə içi TV-də futbol



11 Yanvar, Çərşənbə
15.00 Akhisar Belediye – Kayserispor (YENİ ASIR TV)
15.00 Buğsaşspor – Manisaspor (A HABER)
19.30 Trabzonspor – Güngörenspor (ATV)
20.00 Mersin İdman Yurdu – Sivasspor (A HABER)
20.30 Udinese – Chievo (TRTSPOR)
22.00 Beşiktaş – Gaziantep Belediye (ATV)
22.30 Samsunspor – Orduspor (A HABER)
23.45 Roma – Fiorentina (TRTSPOR)
23.45 Tottenham – Everton (İdman Azərbaycan)
01.00 Sevilla – Valencia (TRT HD)

12 Yanvar, Cümə Axşamı
15.00 Çaykur Rize – Gaziantepspor (A HABER)
22.30 Fenerbahçe – Konya Şekerspor (ATV)
01.00 Osasuna – Barcelona (TRTSPOR)


Via:
 footbaLLove http://www.footballove.com/page/2/#ixzz1j9Ef4fLq

Jan 10, 2012

Yenə, yenidən El Clasico!

Real Madrid, səfərdə Benzema'nın qolu ilə daha doğrusu Caballero'nun yumurtalaması ilə Malaga'nı 1-0 məğlub etdi və növbəti tura yüksəldi. Növbəti turdakı rəqibi isə dünya dağılmasa Barcelona olacaq. Buyurun, bu da Caballero'nun yumurtalaması :)

Jan 9, 2012

Henry is Back

FIFA Ballon d’Or 2011 Mükafatları

Hər il olduğu kimi bu il də Yanvar ayında FIFA Ballon d'OR 2011 mükafatlarını qaliblərə təqdim etdi. 


2011-ci ilin məşqçisi - Pep Guardiola



FIFA Ballon d'OR 2011-ci ilin futbolçusu - Leonel Messi


FIFA Puskas ilin qolu - Neymar

Qeyd: Neymar'ın vurduğu həmin qol: http://www.youtube.com/watch?v=58pmUJOCaTY

FIFA ilin qadın futbolçusu - Homare Sawa



FIFA prezidentinin özəl mükafatı - Sir Alex Ferguson


FIFA Fair-play mükafatı - Yaponiya Futbol Federasiyası


FIFA ilin on biri - Casillas, Dani Alves, Vidic, Pique, Sergio Ramos, Xavi, Xabi Alonso, Iniesta, Ronaldo, Messi, Rooney.


Qeydlər

1) Pep Guardiola 42% səslə birinci seçilərkən, ardından gələn Alex Ferguson 16%, Mourinho isə 12% səs toplayıb.

2) Messi 47.88% səslə birinci, Ronaldo 21.6% ilə ikinci, Xavi isə sadəcə 9.23% səslə üçüncü yerə layiq görüldü.

3) Cruyff və Van Basten'dən sonra Messi də 3-cü dəfə bu mükafatı qazanaraq adını əfsanələr arasına yazdırdı.










Jan 8, 2012

Manıs Neymar

Scholes is Back

Wenger Henry'ni, Fergie də Scholes'u geri gətirdi. Aralarındakı fərq; Scholes'un futbol kariyerasını keçən yay bitirmiş olması idi. Ancaq Fergie, bu qədər zədəli oyunçusu ilə davam edə bilməyəcəyini anladı və onu yenidən komandaya çağırdı. 57-ci dəqiqədə Scholes derbiyə daxil oldu. Məncə Fergie, Scholes'u biraz erkən daxil etdi oyuna. Çünki oyundan çıxardığı isim Nani idi... 

Ancaq məşqsiz oyuna daxil olan və 43 dəqiqə oynayan Scholes'un statistikasına baxaq: Oyunun 60-cı dəqiqəsindən sonra 71 pasla oynayıb (97% tamamlanıb). Bu statistikanı oyun ərzində heç bir Man City oyunçusu edə bilməyib.


Jan 6, 2012

Reyes, yenidən Sevilla'da



Həftəsonu TV-də futbol



7 Yanvar, Şənbə
15.00 Bursaspor – Mersin İdman Yurdu (LİG TV)
16.30 Birmingham – Wolverhampton (İdman Azərbaycan – FA CUP)
18.00 İstanbul Belediye – Trabzonspor (LİG TV)
21.00 Samsunspor – Galatasaray (LİG TV)
21.00 Siena – Lazio (НТВ+)
23.00 Real Madrid – Granada (İdman Azərbaycan)
23.45 Inter – Parma (НТВ+)
01.00 Malaga – Atletico Madrid (İdman Azərbaycan)

8 Yanvar, Bazar
15.00 Manisaspor – Orduspor (LİG TV)
15.00 Kardemir Karabükspor – Gençlerbirliği (LİG TV2)
15.30 Udinese – Cesena (НТВ+)
17.00 Manchester City – Manchester United (İdman Azərbaycan)
18.00 Eskişehirspor – Sivasspor (LİG TV)
18.00 Antalyaspor – Kayserispor (LİG TV2)
18.00 Atalanta – Milan (НТВ+)
21.00 Villarreal – Valencia (İdman Azərbaycan)
21.00 Ankaragücü – Beşiktaş (LİG TV)
23.00 Espanyol – Barcelona (İdman Azərbaycan)
23.45 Palermo – Napoli (НТВ+)

9 Yanvar, Bazar Ertəsi
20.00 Fenerbahçe – Gaziantepspor (LİG TV)
21.45 Arsenal – Leeds (İdman Azərbaycan – FA CUP)


Via: footbaLLove 

Lucescu qəzaya uğrayıb

Mircea Lucescu, ölkəsi Rumıniyada yol qəzasına uğrayıb. İdarə etdiyi avtomobil tramvay ilə toqquşub. Lucescu'nun vəziyyəti ağır deyil. Sadəcə qabırğalarında sınıqlar var.


Təmiz Söhbət


Mourinho: "Pep, ilin ən yaxşı məşqçisi seçilməlidir"

Jan 4, 2012

Reus Dortmund'a

Borussia Mönchengladbach klubu, Reus'un Dortmund'la gələcək sezon üçün anlaşdıqlarını rəsmi saytından açıqlayıb. Dormund'un baş məşqçisi Jürgen Klopp bir gənci daha transfer etdi və son illərdə gördüyüm ən ağıllı transferləRdən birinə imza atdı.


 




Reina "kəpənək" tutarkən


Jan 3, 2012

Avropa liqalarında qol kralları

Bugündən etibarən bir neçə Avropa liqasında sezonun 2-ci dövrəsi başlayır, bir neçəsində isə kubok oyunları oynanacaq. 2-ci dövrə qabağı sizlərə Avropanın ən önəmli liqalarının qol krallarını təqdim edirəm.

İngiltərə Premier League:

1. Robin Van Persie (Arsenal) - 17
2. Demba ba (Newcastle) - 14
3. Wayne Rooney (Man Utd) - 13


İspaniya La Liga:

1. Cristiano Ronaldo (Real Madrid) - 20
2. Leonel Messi (Barcelona) - 17
3. Gonzalo Higuain (Real Madrid) - 12


Almaniya Bundesliga:

1. Mario Gomez (Bayern Münich) - 16
2. Klaas-Jan Huntelaar (Schalke 04) - 15
3. Lukas Podolski (FC Köln) - 14


İtaliya Serie A:

1. German Denis (Atalanta) - 12
2. Zlatan İbrahimoviç (Milan) - 11
3. Di Natale (Udinese) - 10


Fransa League 1:

1. Olivier Giroud (Montpellier) - 13
2. Kevin Gameiro (PSG) - 9
3. Jires Kembo-Ekoko (Rennes) - 7


Hollandiya Eredevisie

1. Bas Dost - (Heerenveen) - 14
2. Dries Mertens (PSV) - 13
3. John Guidetti (Feyenoord) - 11









Jan 2, 2012

Avropada oynayan Top 10 Asiyalı

10. Javad Nekounam - İranlı futbolçu 6 sezondur Osasuna'da forma geyinir. 


9. Ryo Miyaichi - Yapon futbolçu Arsenal'a imza attıqdan sonra Feyenoord'a icarəyə verildi. 2010-11 sezonunu Hollandiyada keçirən Ryo, 2011-12 sezonunda yenidən Arsenal'a qayıtdı.


8. Ki Sung-Yueng - Koreyalı futbolçu Şotlandiyada, Celtic forması geyinir. 


7. Atsuto Uchida - Yapon futbolçu, 5 sezon ölkəsində Kashima forması geydikdən sonra 2010-cu ildə Schalke 04-ə transfer oldu. Hal-hazırda Almaniyada forma geyən ən yaxşı Asiyalı futbolçulardan biridir.


6. Tim Cahill - Avstraliyalı təcrübəli futbolçu, əvvəlcə 4 sezon Milwall klubunda, İngiltərə ikinci liqasında oynadıqdan sonra, 2001-2002 sezonunda Premyer Liqaya çıxır və 2004-05 sezonunda Milwall yenidən ikinci liqaya qayıdır, lakin 3 sezon özünü Premyer Liqada isbatlayan Cahill, Everton'a transfer olur.


5. Ali Al-Habsi - Omanlı qapıçı, 2005-06 sezonundan bu yana Premyer Liqada çıxış edir. Əvvəlcə 5 sezon Bolton'da forma geyinən qapıçı, 2 ildir ki, Wigan'da oynayır. 


4. Lee Chung-Yong - Cənubi Koreyalı futbolçu, 4 sezon ölkəsində Seoul forması geydikdən sonra, 2009-cu ildə Premyer Liqada Bolton'a transfer olur. 3 sezondur Premyer Liqada oynayır.


3. Yuto Nagatomo - Yapon müdafiəçi, 1 sezon Cesena forması geydikdən sonra 2010-11 sezonunda  icarə əsasında İnter klubunda oynayır.


2. Shinji Kagawa - Yaponiya futbolunun son illərdə yetişdirdiyi ən yaxşı oyunçulardan biridir. 2 sezondur Almaniya Bundesliga'sında, Borussia Dortmund forması geyinir. İlk sezonunda Dortmund'un çempionluğunda onun da böyük payı var.


1. Park Ji-Sung - Ferguson'un Hollandiya liqasından kəşf etdiyi Cənubi Koreyalı futbolçu 7 sezondur ki, Manchester United forması geyinir. Koreyada futbola maraq oyadan bir neçə səbəbdən biri də elə United'li azarkeşlərin dediyi kimi "Kung Fu Park"dır :)










Bayramdan sonra TV-də futbol



2 Yanvar, Bazar Ertəsi
19.00 QPR – Norwich (Спорт 1)
19.00 Aston Villa – Swansea (LİG TV2)
19.00 Wolverhampton – Chelsea (İdman Azərbaycan)
21.30 Fulham – Arsenal (İdman Azərbaycan)

3 Yanvar, Çərşənbə Axşamı
20.00 Kayserispor – Bursaspor (LİG TV2)
20.00 Sivasspor – Kardemir Karabük (LİG TV3)
20.00 Trabzonspor – Manisaspor (LİG TV)
22.30 Mersin İdman Yurdu – Ankaragücü (LİG TV2)
22.30 Galatasaray – İstanbul Belediye (LİG TV)
00.00 Liverpool – Manchester City (İdman Azərbaycan)
01.00 Real Madrid – Malaga (НТВ Спорт)

4 Yanvar, Çərşənbə
20.00 Gençlerbirliği – Samsunspor (LİG TV2)
20.00 Orduspor – Fenerbahçe (LİG TV)
22.30 Gaziantepspor – Antalyaspor (LİG TV2)
22.30 Beşiktaş – Eskişehirspor (LİG TV)
00.00 Newcastle – Manchester United (İdman Azərbaycan)
01.00 Barcelona – Osasuna (НТВ Спорт)

5 Yanvar, Cümə Axşamı
01.00 Valencia – Sevilla (НТВ Спорт)


Via: 
http://www.footballove.com