Jan 19, 2012

El "Clasico"


Həmişəki kimi qalib tərəf Barcelona oldu, ancaq oyunun gözəlliyinə ləkə salan bir neçə hal da oldu. Pepe'nin Messi'nin əlini bilərəkdən əzməsi, ondan əvvəl yalandan üzünü tutub yerə yıxılması, ümumilikdə Pepe'nin simulyasiyaları və Coentrao'nun Messi'yə qarşı etdiyi bu çirkin hərəkət. Belə hərəkətləri Barcelona tərəfi də etmişdi keçən il, bu il də dəyişən heçnə olmadı... Bu dəfə də Real Madrid'li oyunçular çirkin oyunları ilə yadda qaldılar. 1 ildə 9 El Clasico'dan bezmişdik onsuz da, belə oyunu gördükdən sonra heç baxmaq istəmir insan... 


Nə sistemdən, nə də oyun gedişatından yazmağa ehtiyac var, çünki hər şey hər zamanki kimi oldu və yenə Barcelona üstün oyunu ilə qələbə qazandı. Real Madrid, oyun boyu sadəcə 27% topa sahib olma ilə oynayıb. Hələ də Pep ilə Mourinho'nu qarşılaşdıranlar varsa bu faizlərə bir daha baxsın sonra yenə fikirləşsin... Guardiola'nın dünən 41 yaşı tamam oldu və məncə aldığı ən gözəl hədiyyə Real Madrid qələbəsi oldu. Hədiyyəni təqdim edən isə bir neçə gün əvvəl sözləşməsini uzadan Abidal idi.


El Clasico'dan maraqlı statistikalar:


1) İki klubun El Clasico'lardakı qalibiyyət seriyaları bərabərləşdi: 86-86. Guardiola Barcelona'nın baş məşqçisi olarkən bu hesab 85-77 idi.
2) Guardiola, Bernabue'da ən çox qələbə qazanan Barcelona'lı baş məşqçi ünvanına sahib oldu.
3) Bernabue'dakı son 10 oyunda Messi sadəcə 1 dəfə qol vura bilməyib və pas verə bilməyib.
4) Puyol, kariyerasında ikinci dəfə Real Madrid'ə qol vurdu və bu qolların hər ikisinin pasını Xavi verib.
5) Barcelona'nın vurduğu hər iki qolun müəllifi müdafiəçilər idi.




Dünən El Clasico'nu izləyən Rooney twitter hesabından Pepe'ni yad edib :)



No comments: