Jan 1, 2012

Ferguson'nun ad günü hədiyyəsini kim verdi?

Sir, ayın 31-də ad günü hədiyyəsi olaraq futbolçularından qələbə və 2012-yə lider girmək istəmişdi. İstədiklərinin heç biri olmadı. Tək ümid isə bugün City'nin Sunderland'dən xal itkisi ilə qayıtmalarını gözləmək idi. Elə də oldu... 90+3-cü dəqiqədə koreyalı Ji, City'ni yıxan qolu vurdu. United'li olsam da düzünü deyim epizod təmiz ofsayd idi. Məsələ burasındadır ki, hər iki Manchester şəhərinin klubu yeni ilə bir birlərindən üstün girə bilmədilər. Bəs Ferguson'a ad günü hədiyyəsini kim verdi? Qolu vuran Ji, Sunderland məşqçisi Martin O'neiil, yoxsa Mancini?



No comments: