May 5, 2012

FA Cup 7-ci dəfə Chelsea'nin


Həmişəki kimi dünyanın ən qədim kubokunun finalı Wembley stadionunda oynandı və Chelsea 7-ci dəfə kuboku muzeyinə apardı. Oyuna əla başlayan Chelsea 11-ci dəqiqədə Ramires'in qolu ilə 1-0 önə keçdi. İkinci hissəyə Carroll ilə əla başlayan Liverpool istəyinə çata bilmədi. 52-ci dəqiqədə Drogba hesabı 2-0'a çatdırdı. 64-də Carroll 1 qol vursa da bu Liverpool'a bəs etmədi. Eyni zamanda Carroll'un bir qolu da yan hakim tərəfindən sayılmadı... Roberto Di Matteo ilə yüksəlişə keçən Chelsea sezona pis başlasa da əla bitirə bilər. Çempionlar Liqasında final oynayacaq olan Chelsea sezonu artıq 1 kubokla başa vurmağı qarantiyaladı.

No comments: