Jan 17, 2012

Real Madrid - Barcelona oyununa doğru


Sabah Copa Del Rey'in 1/4 finalında yenidən Real Madrid və Barcelona qarşılaşacaq. Real Madrid'də oynamayacaq olan ilk isim Arbeloa'dır. Kart cəzasına görə bu oyunu buraxmalı olacaq. Digər isim isə Di Maria... Dünən məşqdə zədələnən Di Maria yenə derbidə olmayacaq. Khedira isə 1 ay meydanlardan uzaq qalacaq. Arbeloa, Khedira və Di Maria, bu 3 isim Real Madrid'in orta bölgədəki oyun planını oyuna çıxmamaqla böyük ölçüdə dəyişə bilər... 

Barcelona tərəfində də kifayət qədər zədəli oyunçu var. Ancaq Seydou Keita Afrika millətlər kubokunda olduğundan sabah meydana çıxa bilməyəcək. Meydana çıxa bilməyəcək olan digər isimlər isə; uzun müddətli zədəli olan Villa, Affelay, Osasuna oyununda zədələnən Fontas, son oyunlarda kiçik zədə keçirən Pedro'dur. 

Təxmini ilk 11-lər isə belədir:


Son El Clasico'lardan statistikalar:

1) Real Madrid, oynadıqları 12 El Clasico'nun yalnız birindən qalib ayrılıb. 8 məğlubiyyət, 3 bərabərlik.
2) Ən son El Clasico'da (1-3) Karim Benzema, El Clasico'lar tarixinin ən tez qoluna imza atdı (23 saniyə)
3) Real Madrid, Copa Del Rey finalından keçən il Barcelona'nı Mestella'da Ronaldo'nun vurduğu qolla məğlub etmişdi.
4) 1-3 bitən son görüşdə, Lionel Messi 6 oyundan sonra ilk dəfə Real Madrid'ə qol vura bilməmişdi. 
5) Sabah oynanacaq olan El Clasico, bu il 9-cu dəfə oynanacaq.
6) Pep, Bernabeu'da uduzmayıb.

No comments: