Jan 25, 2012

Super Clasico

Son illərin ən rəqabətli El Clasico'sunu izlədik deyə bilərəm... Real Madrid, 1-2-nin cavab oyununa çox yaxşı hazırlaşmışdı. Hamı keçən həftə olanlardan sonra Real'ın Camp Nou'da böyük hesabla uduzacağına inanırdı, ancaq futbolda həmişə olduğu kimi hamı aldandı. İlk dəqiqələrdə Higuain'in 2 dəfə qola yaxınlaşması, Mesut'un dirəyi Barcelona'nı oyunda saxladı və özünə gələn Barça Messi'nin Pedro'ya verdiyi Maradonavari pası ilə 1-0 önə keçdi, daha sonra ilk hissə bitərkən Dani Alves'in El Clasico'ya yaraşan qolu ilə hesabı 2-0'a çatdırdı. 


El Clasico'nu izah edən foto
İkinci hissəyə, birinci hissədən də istəkli çıxan Real Madrid'li futbolçular əla oynadıqları 45 dəqiqə ilə hesabı 2-2'yə gətirdilər, ancaq turu keçmək üçün lazım olan 1 qolu vura bilmədilər... Oyuna həmişəki kimi hakimlərin səhvləri kölgə saldı. Əvvəlcə Lassana Diarra'nın Messi'yə qarşı etdiyi açıq aydın "təpiyinə" qırmızı verməyən hakim, daha sonra Abidal və Busquest'in əlinə dəyən topu görmədi. 90 dəqiqəyə 3 dəqiqə əlavə etməyi isə ən böyük səhvi idi. Qısacası, illər sonra ilk dəfə belə gözəl futbol izlədik, ancaq qazanan azarkeşlər yox, "başqaları" oldu...


                          

No comments: