Dec 31, 2011

Futbolun "Saxta" Babaları

Yeni ildə ya da qarşıdakı illərdə bu iki şəxsi futbol dünyasında görməmək ümidi ilə hamının yeni ilini təbrik edirəm. 

  



Dec 30, 2011

Əfsanə geri qayıdır

Thierry Henry, Arsenal ilə 2 aylıq müqavilə imzalamağı qəbul edib. Arsene Wenger də bildirib ki, əgər hər şey yolunda gedərsə, Henry 9 Yanvardakı Leeds United (FA Cup) qarşılaşmasına çıxa biləcək. Geyinəcəyi forma nömrəsi isə hələ ki məlum deyil. Çünki hal hazırda onun 14 nömrəsi Walcott'dadır. Bir çox ingilis qəzetləri transferin 24 saat içində bitəcəyini deyirlər.

Bayram günü TV-də futbol

30 Dekabr, Cümə
23.45 Liverpool – Newcastle (İdman Azərbaycan)

31 Dekabr, Şənbə
16.45 Manchester United – Blackburn (İdman Azərbaycan)
19.00 Chelsea – Aston Villa (İdman Azərbaycan)
19.00 Swansea – Tottenham (Sport 1)

1 Yanvar, Bazar 
16.30 West Bromwich – Everton (Sport 1)
19.00 Sunderland – Manchester City (Sport 1)



Via: footbaLLove http://www.footballove.com/#ixzz1i12sLpWJ

Dec 29, 2011

2011-ci ilin ən yadda qalan futbol hadisələri

Yanvar: Kenny Dalglish (King Kenny) 20 il sonra Liverpool'a qayıtdı. Ryan Babel twitter'də paylaşdığı bu şəklə görə 10 min funt cəza aldı. Fernando Torres 50 milyon funt qarşılığında Liverpool'dan Chelsea klubuna transfer oldu. Liverpool fanatları da onun formasını belə yandırdı.


Fevral: 2011-ci ilin ən baxımlı EPL oyunu; Newcastle 4-4 Arsenal. Arsenal, Pep'in Barcelona'sını udan ilk ingilis klubu oldu. Wayne Rooney Premyer Liqanın ən gözəl qolunu vurdu. Arsenal, 7 illik Carling Cup çempionluğuna yenə son qoya bilmədi; Arsenal 1-2 Birmingham. 

Mart: Gattuso və Joe Jordan.


Aprel: Bu ayda 3 El Clasico oynandı. Yalnız Copa del Rey finalında Real Madrid, Barcelona'ya üstün gələ bildi. Sergio Ramos sevincindən kuboku avtobusun altına atdı

May: Manchester City, illər sonra FA Kubokunu qazandı. Manchester United, Premyer Liqada 19-cu çempionluğunu qeyd etdi. Barcelona, 5 ildə 3-cü Çempionlar Liqası çempionluğunu qazandı. 


İyun: Fabregas, Barcelona'ya qayıtdı. Chelsea'nin baş məşqçi postuna Villas Boas keçdi. Wayne Rooney başına saç əkdirdi

İyul: Türkiyədə manipulyasiya edilmiş oyunlar haqqında polis əməliyyata başladı. Başda Aziz Yıldırım olmaqla bir çox futbol adamı həbs edildi. Yaponiya qadın futbol komandası Dünya Çempionu oldu. Uruqvay, Copa America 2011-in qalibi oldu. 

Avqust: Mourinho, barmağını Tito Vilanovanın gözünə soxdu :). Arsenal, Old Trafford'da Manchester United'ə 8-2 məğlub oldu. Bu məğlubiyyətdən sonra Arsene Wenger, 5 oyunçu birdən transfer etdi. 


Sentyabr: Torres, bunu vura bilmədi. Tevez, ÇL-də oyun zamanı oyuna girməkdən imtina etdi və Mancini onu bir daha əsas heyyətə cəlb etmədi. 

Oktyabr: Manchester United, son 50 ildə ilk dəfə Old Trafford'da ən ağır hesabla məğlub oldu; Manchester United 1-6 Manchester City. Balotelli'nin "Why Always Me" köynəyi. Rooney, Qaradağla oyunda etdiyi hərəkətə görə 2 oyunluq cəza aldı və EURO2012-nin ilk 2 oyununda oynaya bilməyəcək. 



Noyabr: Blatter: "Futbolda rasizm yoxdur və futbolçular belə məsələləri meydançada həll edirlər". Uels milli komadasının əfsanə futbolçusu və məşqçisi Gary Speed, evində özünü asaraq intihar etdi. Daha bir futbol əfsanəsi Socrates həyata gözlərini yumdu.

Dekabr: Manchester şəhərinin hər iki klubu Çempionlar Liqasında qrupda qaldı. Barcelona 3 ildə 2-ci dəfə Dünya Klublar Çempionu oldu. 


2011-ci ilin ən yaxşı on biri:




2011-ci ilin ən yaxşı qolu:




2011-ci ilin ən uğursuz futbolçusu:




2011-ci ilin ən yaxşı baş məşqçisi:




2011-ci ilin ən yaxşı futbolçusu:














Dec 27, 2011

Iniesta'nın sehirli toxunuşu

Ən son El Clasico'da Iniesta show var idi xatırlayırsınızsa. Biraz köhnə videodu, ancaq mən hər gün baxıram və zövq alıram :)

Real Madrid's Backstage

Xmas və Yeni İl ilə bağlı bir çox futbol klubları təbrik mesajlarını video şəklində fanatlarına youtube'dan paylaşır. Real Madrid'li futbolçuların bu videosu isə video çəkilişlərindəndi. Necə deyərlər "buraxıblar özlərini". Xüsusilə də Marcelo və Pepe :)

200 min avronu rədd etti, həyatı dəyişdi

İtaliya B seriyasında Gubbio klubunun formasını geyinən Simone Farina, keçən mövsum futbol qarşılaşmalarında bir neçə oyunda oynamaması üçün təklif edilən 200 min avro pulu rədd edib. Simeone'nin bu hərəkətini bəyənən İtaliya yığma komandasının baş məşqçisi Prandelli onu yığmanın heyyətinə çağırıb. 


Həqiqətən də İtaliyada bunu bacarmaq böyük işdi. Hər sezon sonu manipulyasiya olunmuş oyunlar haqqında şaiələr yayılır. 30 həftədən çox oynanan bir liqada oyunların bir hissəsi əvvəlcədən planlaşdırılır. İngiltərədə bunu Abramoviç də eləyir, amma heç kimin səsi çıxmır. 

Dec 26, 2011

Bobby Charlton & Giggs

Giggs bugün Wigan'la oyuna ilk on birdə çıxaraq Bobby Charlton'un rekordunu yenilədi. Əfsanə idi bir daha sübut etdi. Başqa bir rekord isə: Rooney 1 qol daha vurarsa Mark Hughes'in 163 qolluq rekorduna çatacaq.

Günün EPL oyunları (Yenilənir)



Chelsea 1-1 FulhamMata 47 (CHE), Dempsey 56 (FUL) - Məncə Chelsea'nin bu ilki ən yaxşı transferidir Mata. Oynadığı hər oyun möhtəşəm işlər görür. Tək şanssızlığı isə bir neçə qoca futbolçularla oynamasıdır, gələn ilə hər şey düzələr. Dempsey isə Fulham'in "çörək ağacıdır" :)

West Bromwich 0-0 Man CityŞeyxlər bu sezon ilk dəfə bir oyunda qol vura bilmədilər, o da bugünə qismət oldu. Liqanın ən zəiflərindən West Brom City'yə yaxşı dirəndi, hətta qalib də gələ bilərdilər.

Manchester United 5-0 WiganUnited isə City'nin əksinə zirvənin yuxarısına doğru irəliləyir və sezonun əvvəlindəki formasına qayıdır. ÇL-dən kənarda qalmaq işə yarayıb deyəsən. Ancaq 20-ci çempionluğu fikirləşirlər. Qeyd: Fergie, Berbatov'u kənarda oturdaraq adam elədi. Bugün 3 qol Berbatovdan gəldi. Qollarda köməyə görə Kung Fu Park'a təşəkkürlər.

Sunderland 1-1 EvertonBir birinə bənzəyən iki komanda bərabərə qaldı. Everton'un bu sezon rəqib meydanda heç-heçəsi yox idi, ancaq Sunderland ilə bacara bilmədilər.

Bolton 0-2 NewcastleYıxılana bir təpik də Newcastle vurdu. EPL-in ən köklü klubu Bolton bu il ağır günlər keçirir. Elmaderi Galatasaray'a verən Bolton Blackburn ilə liqanın dibindədir. Ben Arfa bu oyun Bolton'u yıxan oyunçu idi.

Liverpool 1-1 BlackburnNormal şəraitdə Liverpool bugün Blackburn'ə 4-5 qol vurmalı idi, ancaq bacara bilmədilər. Suarez yoxdu hələ bir müddət yenə olmayacaq. Caroll Liverpool'a kömək olmur.

Günün son oyunu isə Stoke - Aston Villa oyunu olacaq...

Dec 25, 2011

Büyük Fenerbahçe Mitingi


Fenerbahçe'lilər, 3 İyuldan bu yana Fenerbahçe'yə qarşı edilən haqsızlıqlara dur demək üçün mitinqdə görüşdülər. Mitinqdə Fenerbahçe'nin əfsanə futbolçularından Aykut Kocaman, Oğuz, Rıdvan Dilmen, Ogün Altıparmak və s. adını yazsam yer çatmayacaq qədər insan gəlmişdi. Həmçinin məhşur Fenerbahçe'lilər də orada idi. Mitinqdən şəkillərə baxmaq üçün buyurun və bir Aykut Kocaman'ın "Çok Özür Dilerim, Ani Oldu" videosu :)













Bayramqabağı TV-də Futbol

Bazar Ertəsi və Çərşənbə axşamı EPL davam edir...

26 Dekabr, Bazar Ertəsi
12:20 Neftçi - Kəpəz (İdman Azərbaycan)
17.00 Chelsea – Fulham (İdman Azərbaycan)
19.00 Liverpool – Blackburn (LİG TV)
19.00 West Bromwich – Manchester City (LİG TV2)
19.00 Manchester United – Wigan (LİG TV3)
00.00 Stoke City – Aston Villa (İdman Azərbaycan)

27 Dekabr, Çərşənbə Axşamı
19.00 Arsenal – Wolverhampton (İdman Azərbaycan)
21.00 Swensea – QPR (İdman Azərbaycan)
23.30 Norwich – Tottenham (İdman Azərbaycan)


Via: footbaLLove http://www.footballove.com/#ixzz1hZwRjo4m


Dec 24, 2011

Henry, back to Arsenal?

Əfsanə Londona yenidən dönə bilər... Arsene Wenger bu sezon hücumda olan problemləri 34 yaşlı, ancaq klubun əfsanə isimlərindən Thierry Henry ilə aradan qaldırmaq istəyir. Çünki Yanvar ayının son həftəsindən etibarən Gervinho və Chamakh Afrika Kubokunda iştirak etmək üçün yola düşəcək. Məncə gəlsə dəhşət bir transfer olar və Thierry hələ də formdadır. Qeyd edim ki, keçən günlərdə Emirates stadionunun qarşısında Henry'nin heykəlinin açılışı oldu.

Maradona + Pele + Zizu = Legends

İtaliyanların qanında var

Polis tərəfindən yay aylarında İtaliyada yenə manipulyasiya və oynanacaq oyunları əvvəlcədən danışmaqla bağlı saxlanılan və 3 il futboldan uzaqlaşdırma cəzası verilən, Atalantanın keçmiş kapitanı Cristiano Doni keçən sezon Piacenza ilə oynanan oyunda manipulyasiya etdiklərini etiraf edib. Xatırladım ki, yay aylarında baş tutan əməliyyatlardan sonra İtaliya futbol federasiyası Atalanta klubuna sezon əvvəlində mənfi 6 xal cəza vermişdi. Yeni cəzanın nə olacağını isə hamı maraqla gözləyir...

Tarihinde Kocaman Bir İz Var

UNİFEB - Grup CK - Vamos Bien azarkeş qruplarının hazırladığı möhtəşəm xareoqrafiya. Qeyd edim ki, bu Türkiyədə ilk dəfə bir insan siluetinin xareoqrafiyaya əks olunması idi. Digər klub fanatları (əsasən GS) bu möhtəşəm xareoqrafiyaya belə "ağız büzmüşdülər", ancaq açıq aydın bilinir ki, Türkiyədə tribuna mədəniyyətinə ən yaxşı sahib olan azarkeşlər Fenerbahçe azarkeşləridir. Bu video da bunun isbatıdır. P.S Gələcək aylarda və ya sezonlarda belə videoların təkrarını rəqib klub azarkeşlərindən tez-tez görə bilərik ;) Və əlbəttə ki, bu videonun hazırlanmasında əməyi olan Evren Topaloğluna da təşəkkürlər.





Rangers xal itirdi.

Şotlandiya Premyer Liqasının lideri Rangers səfərdə bu sezonki 2-ci məğlubiyyətini St. Mirren qarşısında aldı və Celtic'lə aralarındakı xal fərqi daha da azaldı, demək olar ki, 1-ə endi. Liqa yalnız Rangers və Celtic arasında keçdiyi üçün Rangers çox amma çox vacib xal itirdi.

Santa Del Piero

Alex, Santa Claus paltarı geyinib Torino küçələrinə düşüb :)

Dec 23, 2011

Ara Transferin ilk ismi

2011-12 sezonunda ara transfer başlamaq üzərədir və ara transfer pəncərərsi açılmamış Napoli artıq bir futbolçunu heyyətinə qatıb. Napoli klubu Çilili Eduardo Vargas'ı Neapol şəhərinə gətirib. Gənc futbolçu Çili də Universidad de Chile klubunda forma geyirdi.

Dec 22, 2011

Manzano Out - Simeone In

Və sonunda Atletico Madrid'i süründürən Manzano istefasını verdi, klub rəhbərliyi də dərhal qəbul etdi bunu. Bəlkə də günlərdir bunu gözləyirdilər... Nəisə əsas odur ki, belə gözəl heyyətə sahib Atletico bundan sonra daha gözəl futbol oynayacaq. Atletico'nun yeni məşqçisi isə klubun keçmiş futbolçusu Simeone ola bilər.

20.000-ci qolun sahibi Marc Albrighton

Dünən gecə EPL'də 20.000-ci qol vuruldu. Qolu ulduzlardan heç kim vura bilmədi. Albrighton Premyer Liqa tarixindəki 20.000-ci qolu Arsenalın qapısına göndərdi. 

P.S 19.999-cu qolu Giggs, 20.001-ci qolu isə Agüero vurub.



Dec 20, 2011

Wayne Rooney Mimes "Bend It Like Beckham"

Trezeguet, Argentina 2-ci liqasında

Trezeguet, Yuventus'dan ayrıldıqdan sonra əvvəli Trezeguet ola bilmədi. Hercules'dən sonra Ərəbistana üz tutan və zədəsinə görə bu klubdan ayrılmaq məcburiyyətində qalan Trezeguet indi isə keçən sezon ikinci liqaya düşən Argentinanın ən məşhur futbol klubu River Plate'ə transfer oldu. Uşaqlıq xəyalları gerçək olub. Maraqlısı odur ki, Yuventus'dan ayrıldandan sonra hara getsə 2-ci liqaya üz tuturlar :)

Dec 19, 2011

20.000-ci qol kimin olacaq?

İngiltərə Premyer Liqasında hamı 20.000-ci qolun kimdən gələcəyini gözləyir. Namizədlər isə bunlardır: Sturridge, Rooney, RVP, Silva, Agüero, Carroll, Yaya Toure və Suarez. Mən isə 20.000-ci qolu Torres'in vurmasını istərdim... 

Yad Planetdən Gələnlər

Dec 18, 2011

Messi və Neymar

Dünya Klublar Kuboku Finalından bir foto. Bir tərəfdə dünyanın 1 nömrəsi Messi, digər tərəfdə də Braziliyanın 1 nömrəsi Neymar Jr.


"1996 Aykut Kocaman 2011" Xareoqrafiyası

Fenerbahçe - Trabzonspor oyununda qapı arxası tribunalarda möhtəşəm bir xareoqrafiya izlədik. Bu möhtəşəm "əsəri" Okul Açık Grupu hazırlayıb.


P.S Digər klub fanatları biraz qısqandılar açığı, ancaq bu tribuna mədəniyyətidir, bir gün onlar da öyrənər. Hələlik bunu Türkiyədə ən yaxşı bacaran Fenerbahçe azarkeşləridir ;)

İntiqam günü

Bugün intiqam günüdür... Hələ keçən sezon bitmədən, Fenerbahçe'nin qazandığı hər oyun sonrası açıqlamalar edən Trabzonspor klubu bugün Kadıköy'ə gəlir. Fenerbahçe'nin haqqı olan ÇL-ə onlar getdi, üstümüzdən özlərini reklam etdilər, Rıdvana, Aykuta demədikləri qalmadı, cavabları verildi hamısının. Təkcə axırıncı açıqlamalarının və Şenol Güneş'in cavabı verilmədi, çünki o cavab bu axşam meydanda veriləcək! Stadionda iynə atsan yerə düşməyəcək, üstəlik azarkeşlər möhtəşəm bir xareoqrafiya hazırlayıblar... Təkcə Fenerbahçe'li azarkeşlər deyil bütün futbolsevərlər bu oyunu qaçırtmasın...

FC Barcelona are world champions!

Bəlkə də digər klub fanatları bu cümlədən beziblər, çünki Barça'nın neçə illərdi yer üzündə qazanmadığı kubok qalmadı... Bugün bu kuboklardan daha birini, Dünya Klublar Kubokunu başı üzərinə qaldırdı... Santos'a əsl futbol dərsi keçən Barcelona, oyunu 4-0 hesabı ilə qazandı. Messi (2), Xavi, Cesc'in qolları ilə Yaponiyadan kubokla qayıdırlar. Santos isə təcrübə qazanaraq öz ölkələrinə qayıda bilər.


Ronaldo - 87!

Dünən yazmışdım ki, əgər Ronaldo Sevilla qarşısında 1 qol vurarsa Juanito'nun 85 qolluq rekordunu təzələyəcək. Elə də oldu, amma R7 hat-trick elədi və 87 qola çatdı.

Dec 17, 2011

Sevilla 2-6 Real Madrid. Tennis or Football?

Dünyanın ən maraqsız liqalarından biridir La Liga. 2 nəhəng klub digərlərini də futboldan bezdirib... İspaniyada Barça və Real var, qalanları 1-2 qol vurmaq üçün var, elə Sevilla kimi. Sevilla prezidenti yenə çıxar ağlayar 6 qoldan sonra :)

Bazar Gününün futbol proqramı

14.30 Barcelona – Santos (TRT HD – Dünya Klublar Kuboku finalı)
15.00 Atletico Madrid – Betis (NTVSPOR)
15.00 Manisaspor – Gençlerbirliği (LİG TV2)
15.00 Sivasspor – İstanbul Belediye (LİG TV)
15.30 Karşıyaka – Akhisar Belediye (TRT 1)
15.30 Tavşanlı Linyit – Kasımpaşa (TRT ANADOLU)
16.00 QPR – Manchester United (LİG TV3)

18.00 Cesena – Inter (SMART 3D)
18.00 Juventus – Novara (EUROFUTBOL)
18.00 Samsunspor – Beşiktaş (LİG TV)
18.05 Aston Villa – Liverpool (LİG TV2)
18.30 Kaiserlautern – Hannover (TRT HD)
20.10 Manchester City – Arsenal (LİG TV2)
20.30 Mönchengladbach – Mainz (TRT HD)
21.00 Fenerbahçe – Trabzonspor (LİG TV)
21.00 Osasuna – Villarreal (NTVSPOR)
21.00 Bucaspor – Elazığspor (TRT ANADOLU)
23.45 Lazio – Udinese (SMART 3D)
23.45 Napoli – Roma (EURO FUTBOL)
24.00 PSG – Lille (LİG TV3)
24.30 Valencia – Malaga (NTVSPOR)



                                                        footballove.com


Ronaldo və Messi'nin El Clasico statistikaları

Ronaldo, 13 El Clasico oynayıb, 3 qol və 0 asist. Messi isə 16 El Clasico oynayıb, 13 qol və 8 asist

David Villa xəstəxanada

Adidas'ın üzünün qara olduğu an

Ronaldo & Juanito & 85 qol

Ronaldo, bugün Sevilla'ya 1 qol vurarsa, Real Madrid klubunun əfsanə oyunçularından Juanito'nun rekordunu təzələyəcək. Juanito, Real Madrid klubunda oynadığı illər ərzində 85 qola imza atmışdı, Ronaldo isə indiyənə kimi Real forması ilə 84 qola imza atıb. Görünən odur ki, Cristiano 1 rekorda yenə imza atacaq.


Neymar Puyol'un formasını istəyir

Sabah Dünya Klublar Çempionatının finalında Santos ilə Barcelona qarşı qarşıya gələcək. Neymar bildirib ki, oyundan sonra formasını dəyişdirmək istədiyi futbolçu Puyoldur.