Jul 25, 2012

PES 2013 Demo Screenshots

Pro Evolution Soccer 2013 Demo download: http://bit.ly/PES2013_Demo
Download via torrent: http://bit.ly/PES2013Demo_Torrent

Screenshots:



Futbol liqalarında vergi faizləri

Son günlərdə futbol liqalarında futbolçuların (işçilərin) aldığı maaş və ödədiyi ağır vergilər bütün dünyada ən çox danışılan mövzudur. Bir çox liqalarda futbolçuların ödədiyi vergi faizləri həddindən artıq çoxdur. Son illərdə Avropa ölkələrində baş verən krizislər vergi faizlərinin artmasında çox böyük rol oynayır. İqtisadi baxımdan bu məsələni tam aça bilmərəm, ancaq federasiyalar bunun qarşısını heç bir şəkildə ala bilmir. Onlar vergi faizini artırır, varlı klublar isə futbolçunun qiymətini, aldığı maaşı. Hətta PSG klubu Ibrahimovic'in vergi faizlərini ödəməyi öz öhtəsinə götürüb. Hansı liqa vergi cənnətidir və ya vergi cəhənnəmidir gəlin buna baxaq.



İspaniya La Liqası vergi cəhənnəminə tam nümunədir. Son 2 ildə futbolçular və federasiya arasında yaranan gərginliklər bunu tam olaraq göstərir. 2011-ci ilin avqustunda futbolçular İspaniya Futbol Federasiyasını baykot etmiş və liqaların başlama tarixi gecikmişdi. Aylarla davam edən danışıqlardan sonra qane edici olmasa da razılığa gəlinmişdi. Həmin baykotun üstündən 1 il keçdi və yenidən İspaniyada vergi faizləri artdı. Hal hazırda 51%-dir. Artıq bir çox futbolçular ağır vergi şərtlərindən qurtulmaq üçün klublarından ayrılıb və ya ayrılmaq həddindədir. Bir çox klublar borc batağındadır. Ronaldo, Messi, Falcao kimi ulduzların oynadığı La Liqada klubların cəmi borcu 1 milyard dollara çatıb. Bu borcun 200 milyonu son 4 ildə yaranıb. Hal hazırda Malaga klubu ərəb şeyxlərinin himayəsində olmasına baxmayaraq vergi borclarından əziyyət çəkir. Əgər klub bu borcları vaxtında ödəməsi aşağı liqaya salınacaq. Keçmiş illərdə super ulduzları transfer edən Real Madrid və Barcelona klubları da bu yay transfer pəncərəsində səssizdirlər. Əslində dövlət orqanları vergi borclarına görə klublara cəzalar versə idi, biz hal hazırda bu ulduzların heç birini La Liqada izləyə bilməzdik. 


Türkiyə Super Liqası isə əsl vergi cənnətidir. Burada vergi faizi sadəcə 15%-dir. 2-ci liqada isə bu rəqəm 10%-dir. Son illərdə tanınmış və ya bir zamanlar ulduz olan futbolçuların Türkiyəyə gəlmə səbəbi bu idi. Burada bir neçə il oynadıqdan sonra isə Dubaya... Keçən il və bu ildən başlayaraq xaricdə oynayan bir çox türk futbolçu öz ölkələrinə qayıdaraq daha az faizlə futbol oynamağı üstün tutdu. Vergi faizlərinin az olması klubların da işini asanlaşdırır. Ancaq məncə bu uzun illər davam etməyəcək. Yavaş-yavaş Türkiyə Super Liqasında da vergi artımını gözləyirəm...


İngiltərə Premyer Liqası stabildir. Burada vergi faizləri 50%-i keçsə də, bu qədər ağır vergi faizinə baxmayaraq, Premyer Liqa ən çox gəlir əldə edilən, ən çox izlənilən liqalardan birincisidir. Demək olar ki, son illərdə burada futbolçu və federasiya arasında narazıçılıq yaranmayıb. Digər liqalardan buraya futbolçu transferi hər zamanki kimi davam edir. Məsələn vergi borclarından əziyyət çəkən La Liqa futbolçuları vergi faizi az o qədər də az olmayan Premyer Liqaya gəlir. 


Almaniya Bundesliqasında bu rəqəm 45%, İtaliya A Seriyasında isə 43%-dir. İtaliyanın tarixi klublarından olan Lazio klubu da 140 milyon dollara çatan borclarına görə çətin günlər keçirmişdi. 2005-ci ildə bu borcu 23 il müddətinə ödəməyə başlamışdı. Ancaq belə aşağı liqaya salınmaqdan qurtula bilmişdi. Qısaca desək federasiyaların ortaq fikri; "çox qazanandan çox almalıyıq". Ancaq Rangers klubunun Lazio kimi bəxti gətirmədi. Keçən aylarda böyük tarixə malik Glazgow Rangers klubu 230 milyon dollara çatan vergi borclarına görə 3-cü liqaya salındı. İqtisadi mütəxəssis Chris Brady deyir ki, "Glazgow Rangers klubunun cəzalandırılması hələ başlanğıcdır. Premyer Liqada 8 klub bu borclara görə cəzalandırılmalıdır". Ölkə federasiyaları bu halları aradan qaldırmaqda çətinlik çəkir. Artıq UEFA da işin içindədir. Və "Financial Fair Play" proqramını tətbiq etməyə başlayıb. Artıq bir çox klub həddindən artıq çox olan borclarına görə Avropanın böyük futbol turnirlərinə qatıla bilmir. Ancaq bu borclardan təmizləndikdən sonra qatıla bilər və ya uzun müddətli ödəmələrdə qurtula bilər. 

Jul 12, 2012

Top 5: Bütün zamanların ən yaxşı futbol butsları


Adidas Predator

İlk dəfə 1994-cü ildə hazırlanmışdır. Alman istehsalçılar bugünədək Predator modelinin 12 müxtəlif versiyasını istifadəyə vermişdirlər. Bu butsları məhşurlaşdıran ilk futbolçular, Zidane, Beckham və Gerrard idi. 




Nike Mercurial Vapor

1998 Dünya Çempionatında istifadəyə verilən bu butsun mavi və qızılı rənglərini geyinən ilk futbolçu Ronaldo olmuşdur. Bu Nike firmasının ilk yüngül çəkili butsu idi. 2002 Dünya Çempionatında daha da təkmilləşdirilən butsların yeni istifadəçiləri Ronaldo'dan başqa Henry və Roberto Carlos idi. Mercurial Vapor futbolçuda sürət və dəqiqliyin artmasına imkan yaradırdı. Nike Mercurial Superfly modelini isə İbrahimoviç, Robinho, Cristiano Ronaldo kimi futbolçular sınaqdan keçirmişdir.


Puma King XL

Puma firmasının butsları tanınmış futbolçular tərəfindən çox istifadə olunmasa da bir zamanlar Pele, Eusebio, Maradona Puma firmasının butslarından istifadə etmişdi. Lakin bu butslar cəldlik və sürətlilik baxımından Adidas və Nike ilə yarışa bilmir.


Adidas Copa Mundial

Aşağı liqa futbolcuları tərəfindən daha çox maraq görən bu butslar ilk dəfə 1979-cu ildə, 1982 Dünya Çempionatı üçün istehsal edilmişdi. Franz Beckenbauer, Juan Sebastian Veron, Kaka və Xabi Alonso kimi futbolçular kariyeralarının bir qismində bu butsları geymişdir. 2007-ci ildə bu butsların 25 illik yubileyinə həsr olunmuş yeni modeli istehsal edilmişdir. Bu butsun özəlliyi, Kenquru dərisindən hazırlanmasıdır. 


Nike Tiempo

Ronaldinho'nun məşhur etdiyi bu butslar daha çox komfort olmaları ilə tanınır. Bu butsların ilk istifadəçiləri, Romario və Maldini 1994 Dünya Çempionatında Tiempo butslarını geyinmişdir. Nike bu butsların bir çox modellerini daha istehsal etmişdir. Bu butslar Predator və CTR360'lardan daha çox rəğbət görür.






Jul 11, 2012

Ən çox qazanan baş məşqçilər


Luis Felipe Scolari

İllik maaşı: 2.8 milyon pound

Klub: Palmeiras

Keçən illərdə Özbək klubu Bunyodkorda qazandığı 13 milyon avro ilə dünyanın ən çox qazanan baş məşqçisi olmasına baxmayaraq, Palmeiras'da daha az qazanır. Lakin hələdə dünyanın ən çox qazanan baş məşqçilərindən biridir.


Sir Alex Ferguson

İllik maaşı: 4 milyon pound

Klub: Manchester United

İngilis futbolunun ən uğurlu baş məşqçilərindən biri olan Ferguson, bu səviyyəyə 1986-ci ildən Manchester United klubunun başında olmaqla və 12 dəfə çempion olmaqla gəlmişdir. Mancini'nin sözləşməsi uzadılmamışdan öncə Şotlandiyalı Arsene Wenger'dən sonra 2-ci idi, lakin indi onlardan aşağıda qalıb.


Jupp Heynckes

İllik maaşı: 4.2 milyon pound

Klub: Bayern Münich

67 yaşlı məşqçi Bavaria klubunu 2011-ci ildən çalışdırır. Lakin hələ də ölkənin ən böyük titulunu qazana bilməyib. Keçmiş Real Madrid məşqçisi, Almaniyada ən çox qazanan baş məşqçi ünvanına sahib olsa da 2 sezon ard arda çempionluğu Dortmund'a, Çempionlar Liqası finalında isə Chelsea'yə uduzdu.


Carlo Ancelotti

İllik maaşı: 5 milyon pound

Klub: Paris Saint Germain

Dünya futbolunun ən təcrübəli baş məşqçilərindən biri də Carlo Ancelotti'dir. Ancelotti, Serie A'nın "modern era"sında çox böyük uğurlar qazanan məşqçilərdəndir. Milan klubu ilə 2 Çempionlar Liqası, Serie A çempionluqları, Chelsea ilə FA kuboku və Premyer liqa çempionluğu onu dünyanın ən çox qazananlar siyahısına əlavə edib. Keçən sezon ərəb milyonerlərinin aldığı PSG klubuna baş məşqçi təyin edilən Ancelotti, ilk sezonunda, daha doğrusu yarım sezonda çempionluğu Montpellier'ə versə də, gələcək sezon çempionluğun 1 nömrəli namizədidir.


Arsene Wenger

İllik maaşı: 6 milyon pound

Klub: Arsenal

Mancini'nin yeni sözləşməsindən öncə İngiltərədə ən çox qazanan baş məşqçi ünvanına sahib idi. Arsene, Arsenal'da 3 Premyer Liqa, 4 FA Kuboku, 1 Çempionlar Liqası finalı oynamasına baxmayaraq, 2005-ci ildən heç bir yarışda kubok qazana bilmir.


Guus Hiddink

İllik maaşı: 6 mlyon pound

Klub: Anzhi Makhachkala

Kariyerası boyunca 7 müxtəlif ölkənin yığma komandasında çalışan məşqçi, 2008-ci ildə Chelsea klubunun başına da keçmişdi. Daha sonra Türkiyə millisini çalışdıran Hollandiyalı baş məşqçi burada da uğursuz olduqdan sonra Rusiyanın yolunu tutdu. Hal hazırda Anzhi klubunu çalışdıran Hiddink, ən çox qazanan baş məşqçilər siyahısında zirvədədir.


Roberto Mancini

İllik maaşı: 7.5 milyon pound

Klub: Manchester City

Keçən sezon Ferguson'u Premyer Liqasında keçən və çempion olan Mancini, yeni sözləşməsi ilə İngiltərədə ən çox qazanan baş məşqçi olaraq da Ferguson'u keçdi. Bu yeni sözləşmə ilə Roberto Mancini, dünyada ən çox qazanan 2-ci baş məşqçi ünvanına sahib oldu. 


Jose Mourinhho

İllik maaşı: 10 milyon pound

Klub: Real Madrid

Roman Abromovich'in eks baş məşqçilərindən daha biri, Chelsea və İnter klublarının ən uğurlu baş məşqçisi,  'The Special One' ləqəbli və hal hazırda dünyanın ən prestijli klubu, Real Madrid'də kariyerasına davam edən Jose Mourinho, illik 10 milyon pound maaşı ilə dünyanın ən çox qazanan baş məşqçisidir. Portuqaliyalı mütəxəssis dünyanın 4 müxtəlif ölkəsində də liqa titulunu qazanan baş məşqçi ünvanına sahibdir. İnter və Porto klubları ilə də Çempionlar Liqasını qazanmışdır. Ard arda Porto, Chelsea, İnter klubları ilə möhtəşəm sezonlar keçirən Jose 2010-cu ildən Real Madrid'in başındadır.











Jul 3, 2012

Rəqəmlərlə EURO2012


Gözlənildiyi kimi o qədər də maraqlı olmasa da, bir sıra sürprizlərin baş verdiyi və sonda İspaniyanın 4 ildə 3 böyük turnirin qalibi olması ilə sona çatan EURO2012'nin Opta tərəfindən hazırlanmış bir neçə statistik göstəriciləri.

1) Bundan öncə heç bir Avropa çempionatında baş zərbəsi ilə bu qədər baş zərbəsi ilə qol vurulmamışdı (22 qol)

2) İspaniya Avropa çempionu ünvanını qoruyan ilk ölkə oldu.

3) Casillas, qurtardığı 9 qolla Edvin van der Sar ilə rəqəmləri bərabərləşdirdi.

4) İspaniya 90 dəqiqə ərzində 681 dəqiq pasla oynayıb. 2010 DÇ-da bu rəqəm 588 idi. Yəni keçən turnirdən 100 dəfə çox. Beləliklə 1980 Avropa Çempionatında Almaniyanın 555 paslıq rekordunu yenilədilər.


5) Iniesta qapıya 11 zərbə vurmasına baxmayaraq, qol vura bilmədi.


6) Portuqaliya ilə oyunda Xavi, Zidane'nın 843 paslıq rekordunu qıraraq bu rəqəmi 949 edib.


7) Mario Balotelli, Avropa Çempionatları tarixində 3 qol vuran ilk İtaliyalı futbolçu oldu.


8) 1992 Avropa Çempionatından bu yana ilk dəfə turnirdə futbolçular 3 qoldan artıq qol vura bilmədilər.


9) Bundan öncə nə AÇ, nə də DÇ-ları tarixində 6 ən çox qol vuran futbolçu (bombardir) olmamışdı.


10) EURO 2012 finalı AÇ və DÇ-ları tarixində çox qollu bitən final oldu (4-0)