Jul 3, 2012

Rəqəmlərlə EURO2012


Gözlənildiyi kimi o qədər də maraqlı olmasa da, bir sıra sürprizlərin baş verdiyi və sonda İspaniyanın 4 ildə 3 böyük turnirin qalibi olması ilə sona çatan EURO2012'nin Opta tərəfindən hazırlanmış bir neçə statistik göstəriciləri.

1) Bundan öncə heç bir Avropa çempionatında baş zərbəsi ilə bu qədər baş zərbəsi ilə qol vurulmamışdı (22 qol)

2) İspaniya Avropa çempionu ünvanını qoruyan ilk ölkə oldu.

3) Casillas, qurtardığı 9 qolla Edvin van der Sar ilə rəqəmləri bərabərləşdirdi.

4) İspaniya 90 dəqiqə ərzində 681 dəqiq pasla oynayıb. 2010 DÇ-da bu rəqəm 588 idi. Yəni keçən turnirdən 100 dəfə çox. Beləliklə 1980 Avropa Çempionatında Almaniyanın 555 paslıq rekordunu yenilədilər.


5) Iniesta qapıya 11 zərbə vurmasına baxmayaraq, qol vura bilmədi.


6) Portuqaliya ilə oyunda Xavi, Zidane'nın 843 paslıq rekordunu qıraraq bu rəqəmi 949 edib.


7) Mario Balotelli, Avropa Çempionatları tarixində 3 qol vuran ilk İtaliyalı futbolçu oldu.


8) 1992 Avropa Çempionatından bu yana ilk dəfə turnirdə futbolçular 3 qoldan artıq qol vura bilmədilər.


9) Bundan öncə nə AÇ, nə də DÇ-ları tarixində 6 ən çox qol vuran futbolçu (bombardir) olmamışdı.


10) EURO 2012 finalı AÇ və DÇ-ları tarixində çox qollu bitən final oldu (4-0)



11) Fernando Torres, ardıcıl 2 AÇ finalında qol vuran ilk futbolçu oldu.


12) Xavi'nin sadəcə 3 qolda asisti var.


13) Vicente Del Bosque, Helmut Schoen'dən sonra Dünya və Avropa kubokunu qazanan 2-ci baş məşqçi oldu.


14) Karagounis, 10 oyunda 8 sarı kart görən ilk futbolçu oldu.


15) Kerzhakov'un vurduğu 14 zərbədən heç biri qapıya getməmişdir.


16) C. Ronaldo, Z. Ibrahimovic və H. Postiga, ardıcıl 3 Avropa çempionatında qol vuraraq, T. Henry, N. Gomes və V. Smicer'ə çatdılar. 


17) Ronaldo, Hollandiya qarşısında qapıya vurduğu 12 zərbə ilə, 1 oyunda qapıya ən çox zərbə endirən futbolçu oldu.


18) Hollandiya, AÇ tarixində ilk dəfə heç bir qrup oyununu qazana bilmədi.


19) Rooney, böyük turnirlərdə 673 dəqiqə sonra qol vurdu (Ukrayna)


20) İngiltərənin vurduğu 5 qoldan 4-ü qapıya asmalarla vuruldu.


21) İspaniya, ardıcıl 3 böyük turnirdə final oynayan 2-ci ölkə ünvanını qazandı. Onlardan öncə bunu Qərbi Almaniya etmişdi (EURO72, 1974 DÇ, EURO76)


22) Portuqaliya, böyük turnirlərdə 6 dəfə yarımfinal oynasa da, sadəcə 1 dəfə final oynamaq şansına sahib olub.


23) P. Tyton, AÇ tarixində ilk dəfə ehtiyatdan gələn və penalti zərbəsini dəf edən qapıçı ünvanını qazandı. 


Mənbə: Opta Sports

No comments: