Jun 6, 2012

EURO2012 başlayır

EURO2012 başlayır. Polşa ilə Ukraynanın birlikdə ev sahibliyi etdiyi dünyanın 2-ci ən böyük ölkələrarası futbol turnirinə 1 gün qaldı. Kubokun başlamasına kimi FEMEN aktivistlərindən tutmuş, bir çox siyasətçilərə qədər bu böyük turnirin 2 ölkədə keçirilməsi ilə bağlı mənfi fikirlər var idi və hələ də var. UEFA'nın tək istədiyi bu turnurin problemsiz başlayıb, problemsiz bitməsidir. 

Əvvəlcə onu deyim ki, FIFA ilə UEFA arasında çox böyük anlaşmazlıq olduğu açıq aydın görünür. EURO2012'də öz ölkələri adına yarışacaq olan futbolçuların demək olar ki, hamısı dünyanın ən böyük liqalarında, ən böyük klublarında forma geyinirlər. Ölkə çempionatı, ölkə kuboku, Avro kuboklarda çıxış edən futbolçular çox yorucu sezon keçiriblər. Sezon bitən kimi hamısı yığma komandaların təlim məşq düşərgəsinə toplaşırlar. Bundan əlavə FIFA'nın təşkil etdiyi yoldaşlıq oyunlarında da iştirak edirlər. Bu da EURO2012 qabağı futbolçuların həm fiziki, həm də mental olaraq həddən artıq yorulmasına gətirib çıxarır. Belə böyük turnirlərin maraqsızlaşmasında ən böyük problem budur. 

A Qrupu
Polşa: A Qrupunda ev sahiblərindən biri Polşa var. Ev sahibi olduğu üçün bir başa qruplara qatılan Polşa EURO2012'dən ümidlidir. Baş məşqçiləri Smuda əsasən öz ölkəsində bir çox klubda məqşçilik edib. 2006 DÇ-dan sonra bu posta gətirilmək istənilən Smuda 2009-cu ildə bu vəzifəyə gətirilib. 
Polşanın heyyətində Avropa liqalarında çempion olan güclü futbolçular var. Qapıçı Szczesny Arsenalda, 2-ci qapıçı Tyton isə PSV'də çıxış edir. Müdafiədə Piszczek, ortada Blaszczykowski, Kami Grosicki, Obraniak, hücumda isə Lewandowski önə çıxan futbolçulardır. Heyyətdə olan 3 futbolçu, Piszczek, Blaszczykowski və Lewandowski 2 sezon ard arda Bundesliga'da Borussia Dortmund ilə çempion olublar. Lewandowski Bundesliga'da oynadığı 67 oyunda 30 dəfə fərqlənib. 

Yunanıstan: 2004-cü ildə sürpriz çempion olan Yunanistan bu dəfə də möcüzə üçün Polşa və Ukraynaya gəlib. Ancaq bu dəfə işləri çətindir. Play off'ları 7 qələbə, 3 bərabərliklə naməğlub bitirən Yunanıstan qrup lideri olaraq EURO2012'yə qatıldı. Baş məqşçiləri Fernando Santos, Yunanıstanda AEK, Panathinaikos, PAOK, Portuqaliyada isə Braga və Sporting'də işləyib. Heyyətlərində Avropada oynayan istedadlı futbolçular var. Önə çıxan futbolçuları Celtic'də bu il çempion olan Samaras, uzaqdan vurduğu sərt zərbələrlə tanınan Karagounis, Schalke 04'də forma geyinən Papadopoulosdur. Çox böyük ümid bəslənən hücumçu Samaras yığmada qol vuraq işini yaxşı yerinə yetirə bilmir. Defansiv oyunu ilə ön plana çıxan Yunanıstanda hücumda olan bu əksiklik hiss olunacaq.

Rusiya: EURO2008'də göstərdiyi üstün oyunu EURO2012'də də davam etdirmək istəyən Rusiya bu turnirə də inamlı gəlib. Məncə hədəfləri qrupdan çıxmaq olmalıdır. Play off'larda çox asan qrupda yer alan Rusiya oradan çətinlik çəkmədən finallara qatılıb. Baş məşqçiləri məşhur keçmiş futbolçu və baş məşqçi olan Dick Advocaatdır. Advocaat EURO2012 başlamadan turnir sonrasında yığma komandanı tərk edəcəyini və PSV'də işləyəciyini açıqlamışdı. Görək bu finallarda necə özünü göstərəcək. Advocaat komandanı 4-4-1-1 sistemində, 2-ci bölgədəki üstün oyun əsasında qurub. Heyyətində yer alan futbolçuların əksəriyyəti Rusiyanın fərqli klublarında forma geyinir. Onlardan ən önə çıxanları, Arshavin, qapıçı Akinfeev, Berezutski, Zhirkov, Shirokov, Dzagoev, Pavlyuchenko və Pogrebnyakdır. 

Çexiya: Hər zaman zəif görünən, lakin turnirlərdə böyük sürprizlər yaradan Çexiya millisi yenə bir sürpriz yarada bilər. Qrupu 2-ci olaraq tamamlamaq istəyən yığmanın heyyəti o qədər də geniş deyil. Lakin sona qədər oynayan futbolçularla zəngindir. Baş məşqçiləri Bilek, 2009-cu ildə qovulmaq həddinə gəlib çıxmışdı, lakin futbolçuların istəyi ilə yığma komandanın başında qaldı. EURO2012 seçmələrinin play off mərhələsində Qaradağı məğlub edərək finallara gəlməyi bacardılar. Önə çıxan futbolçuları, Chelsea'da ÇL çempionu olan qapıçı Petr Cech, Kadlec və hücumda Milan Barosdur.

B Qrupu
Ölüm qrupu adı verilən bu qrupun oyunlarını hamı səbirsizliklə gözləyir. Hollandiya, Almaniya, Portuqaliya kimi divlərin arasında Danimarka var. Bəlkə də bir möcüzə ola bilər...

Hollandiya: 2010-cu il DÇ-da final oynayan Hollandiya bu dəfə də EURO2012'də final oynamağı hədəfləyir. Baş məşqçi Marwijk futbol kariyerası boyu 1 dəfə Hollandiya milli forması geyinib. 2008-ci ildən Hollandiyanın başında olan Marwijk çox böyük inkişaf əldə edib. 2006-cı ildəki finaldan sonra Hollandiya futbol federasiyası Marwijk'in sözləşməsini 2016-cı ilə kimi uzadıb.
Zəngin heyyətə malik olan Hollandiya çox gözəl futbolu ilə də hamıda simpatiya oyadır. Stekelenburg, Robben, Van der Vaart, Sneijder, Kuyt, Van Persie kimi təcrübəli futbolçulara malik olan yığma, Afellay, De Jong, Strootman kimi gənc və güclü futbolçulara da malikdir.

Danimarka: Divlərin arasına düşən Danimarka möcüzə yaratmaq istəyir. 2000-ci ildən Danimarka yığmasında baş məşqçi postunda olan Olsen, hərdən güclü, hərdən də zəif çıxışları ilə yadda qalıb. 2002-ci ildə DÇ-da qrupdan çıxa bilməyən Danimarka, 2006-cı ildə də DÇ-na qatıla bilməmişdi. Lakin 2010-cu ildə DÇ-da qrupunu ilk sırada bitirmiş, amma birinci mərhələdən sonra turnirdən kənar qalmışdı.
Yığmanın heyyətində əsasən Danimarka və Hollandiyada forma geyinən futbolçular çoxluq təşkil edir. Önə çıxan futbolçular isə Bendtner, Rommedahl və təcrübəli müdafiəçi Aggerdir. Danimarkanın Avropa kuboku titulu var. 1992-ci ildə Danimarka çempionluğunu elan etmişdi.

Almaniya: 3 dəfə çempion və 3 dəfə final oynayan Almaniya bu dəfə də çempionluq istəyir. Heyyətində gənc oyunçularla zəngin olan Almaniya son illərdə gözəl futbolu ilə də çempionluğa ən layiq yığmalardan biridir. Löw'ün başçılıq etdiyi Almaniya millisi 2010 DÇ-da sadəcə İspaniyaya boyun əymişdi. Ondan öncə 2008-ci ildə isə EURO2008-də İspaniyaya qarşı final oynamışdı. 
Heyyətində yer alan gənc, istedadlı futbolçuları saymağa ehtiyac yoxdur. Löw'ün bu turnirdə də ən əsas oyunçusu Mesut Özil olacaqdır.

Portuqaliya: Heyyətində dünyanın ən güclü futbolçusu olan Portuqaliya bu dəfə final oynamaq üçün çox mübarizə aparacaq. Seçmə mərhələdə əvvəlcə çox yaxşı futbol nümayiş etdirməsə də yavaş-yavaş özünə gələn Portuqaliya, turnir öncəsi Türkiyəyə öz evində 3-1 hesabı ilə məğlub oldu. Və turnirə hazır olmadıqları sualı yarandı. Baş məşqçi Bento hələki istədiklərini edə bilməyib. Bəlkə də EURO2012 onun üçün şansdır. 
Heyyətində Ronaldodan başqa, Nani, Meireles, Almeida, Quaresma kimi ulduzlar olan Portuqaliya 2004-cü ildə yarım qalan işini tamamlamaq üçün orada olacaq...

C Qrupu
İspaniya: Son Avropa və Dünya çempionu İspaniya əvvəlki gücünü biraz itirsə də adı və oyun sistemi ilə digərlərini qorxuda bilir. Puyol, Villa kimi əsas oyunçuları zədə üzündən EURO2012'də olmayacaq. Çətin rəqiblərlə eyni qrupda yer alan İspaniya çempionluğunu qorumaq istəyir. Del Bosque başçılığında Barcelona fəlsəfəsi ilə son illərə adını yazdıran İspaniya məncə bu dəfə yavaşlayacaq. Del Bosque'nin heyyəti açıqlayarkən hücumda Soldado və Adrian'nın olmaması hamını narahat etdi və bu turnir boyu özünü göstərəcək. Amma təcrübəli futbolçuları ilə qrupdan çıxar və yarım finala kimi gələbiləcəklər. 

İtaliya: EURO2012'yə qızğın hazırlaşan İtaliya yığmasına şok xəbər məşq düşərgəsində gəldi. İtaliya futbolunda yenidən baş qaldıran futbol skandalı, oyun alqı satqısına heyyətdə yer alan 1 neçə futbolçunun da daxil olması ilə böyük turnir öncəsi fikirləri darmadağın edib. Criscito'nun heyyətdən kənarlaşdırılması ilə başlayan mübahisə, baş məşqçi Prandellinin sərt çıxışları ilə daha da gərginləşdi. Buna baxmayaraq Prandelli DÇ-daki bərbad çıxışı unutmaq üçün EURO2012'dəki ilk hədəflərinin 1/4 final olduğunu açıqlayıb. Maraqlı fakt isə budur ki, 2006-cı ildə baş verən böyük futbol skandalından sonra İtaliya dünya çempionu olmuşdu, bu dəfə də hamı Avropa çempionluğu gözləyir. 
Pirlo və Buffon kimi təcrübəli futbolçulara sahib İtaliya, hücumda Balotelli və Cassano ilə qol axtaracaq.

İrlandiya Respublikası: 2010 DÇ-na Henry'nin əlinə görə gedə bilməyən İrlandiya bu dəfə EURO2012'yə gedir. Play off'da Estoniyanı məğlub edən İrlandiya final bileti qazanmışdı. İrlandiya millisinin başında 73 yaşlı İtaliyalı mütəxəssis Trappatoni var. Qurd ləqəbli baş məşqçinin uğurlarını saymağa ehtiyac yoxdur. 
Heyyətində yer alan futbolçuların əksəriyyəti Premyer Liqada çıxış edir. Müdafiədə John O'Shea, ortada Duff və hücumda Robbie Keane'nə güvənən İrlandiya qrupu 2-ci yerdə bitirməyi planlaşdırır.

Xorvatiya: Biliç ilə möhtəşəm bir heyyət yaradan Xorvatiya EURO2012'yə çox ümidli gedir. 2008-ci ildə Türkiyə millisinə dramatik sonluqla məğlub olan Xorvatiya play off'larda intiqamını 3-0'lıq qələbə ilə aldı və finallara bilet qazandı. Baş məşqçi Biliç 98 DÇ-da Xorvatiya millisi ilə 3-cülük əldə etmişdi. 6 ildir də Xorvatiya millisinin başında olan Biliç istiqrarlı komandanın yaradılmasının əsas aktyorlarından biridir. 
Müdafiədə Srna'ya güvənən Xorvatiya, ortada Modric'in inamlı oyunu ilə qrupda 2-ci olmaq üçün mübarizə aparacaq. 

D Qrupu
Ukrayna: D qrupuna ev sahbi Ukrayna başçılıq edir. Qrupda güclü rəqib olan Fransa və İngiltərə var. Lakin Ukrayna ev sahibi olmasından istifadə edib qrupu 2-ci bitirməyi planlaşdırır. Çünki Ukrayna tarixində ilk dəfə Avropa kuboku finallarına qatılır. Baş məşqçi Oleg Blokhin ilə hücum futbolu oynayan Ukraynanın bu çempionatda o qədər də böyük şansı yoxdur.
Heyyətində bir neçə önəmli futbolçusu olan Ukrayna millisi qrupdan çıxmağı planlaşdırır. Təcrübəli hücumçu Shevchenko, Timoşçuk, Voronin kimi futbolçularla bunu hədəfləyirlər...

İsveç: İbrahimoviç'in başçılığı ilə İsveç EURO2012'yə inamlı gedir. Seçmə mərhələdə qrupunu 2-ci bitirən İsveç, ən yaxşı 2-ci komanda seçilərək play off oynamadan finallara qatılma şansı əldə etdi. 2009-cu ildən İsveçin başında olan Hamren, 2010-cu ilə kimi həm İsveç millisində, həm də Roseborg klubunda işləyirdi. 2010 DÇ-dan etibarən isə yalnız İsveçin başındadır. 
Önə çıxan futbolçuları İbrahimoviç, Elmander, Kallströmdür. 2-cilik üçün mübarizə aparacaqlar.

Fransa: Son illərdə qatıldığı bütün turnirlərdə müvəffəqiyyət əldə edə bilməyən Fransa bu dəfə güclü heyyəti ilə EURO2012'yə hazırdır. Seçmə mərhələdə qrupu lider tamamlayan və EURO2012 qabağı yoldaşlıq oyunlarını qazanan Fransa ulduzları ilə EURO2012'də final hədəfləyir. 2010 DÇ-da yaşanan skandaldan sonra yığmanın başında gətirilən Laurent Blanc ciddi dəyişikliklərlə yenidən iddialı heyyət yarada bildi. 
Benzema, Ribery, Nasri kimi ulduzları ilə EURO2012'nin ən güclülərindən hesab edilirlər.

İngiltərə: EURO2012 öncəsi Terry'nin kapitanlığının əlindən alınması ilə başlayan skandal Capello'nun istefa etməsi ilə sona çatmışdı. Bir neçə ay baş məşqçi tapa bilməyən İngiltərə futbol federasiyası son aylarda Roy Hodgson ilə razılığa gəldi. Qısa müddətdə iddialı heyyət yaradan Hodgson şansızlıqların qurbanı oldu. Yoldaşlıq oyunlarında zədə ucbatından itirdiyi futbolçuların yeri EURO2012'də çox görünəcək. Əsasən Lampard'ın olmaması çox hiss olunacaq. Cahill'in də zədələnməsi müdafiəni zəiflədə bilər. Bundan öncə 7 dəfə Avropa kubokuna qatılan İngiltərənin heç çempionluğu yoxdur. Hodgson isə bu tilsimi qırmaq üçün çox çalışır, lakin işi çox çətindir. 4-4-2 və balans futbolu oynadan Roy Hodgson ortada təmkinli, hücumda isə sürətli futbolçuları ilə qol axtaracaq. Rooney'nin 3 oyun cəzalı olması çətin işinin daha da çətinləşməsinə kömək olacaq. Liverpoolda 2 sezon keçirən və uğur qazaa bilməyən Caroll İngiltərənin əsas qol silahıdır. Ona kömək edəcək isim isə Ashley Young olacaq. 
Ümumilikdə isə Terry və Gerrard kimi təcrübəli və soyuqqanlı futbolçuları ilə bu dəfə azarkeşlərinin üzünü güldürmək üçün mübarizə aparacaqlar...

No comments: