May 28, 2012

İtaliyada yenə futbol skandalı


Son illərdə ard arda baş verən İtaliyadaki manipulyasiya skandallarına bugün biri də əlavə edilib. Lazio kapitanı Stefano Mauri və Padova futbolçusu Omar Milanetto ilə yanaşı 17 nəfər manipulyasiya ettikləri  üçün saxlanılıblar. Digər 17 nəfər arasında yenə fərqli klublardan futbolçuların olduğu deyilir. 

Sezonu çempion olaraq tamamlayan Juventus'un baş məşqçisi Antonio Conte'nin evinde polislər axtarış tədbirləri keçirib. 4 polis maşını isə İtaliya yığma komandasının EURO2012 üçün hazırlıq gördüyü düşərgəsinə gedib. Burada gənc futbolçu Domenico Criscito'nun otağında axtarışlar aparan polis əməkdaşları daha sonra düşərgədən ayrılıblar. 

Günorta saatlarında İtaliya baş məşqçisi Prandelli EURO2012 üçün yığmanın heyyətini açıqlayacaqdı. Ancaq baş verən hadisələrə görə bu baş tutmadı. İlk gələn xəbərlərə görə isə Prandelli Criscito'nu heyyətdən kənarlaşdırıb. 

Mənbə: tr.eurosport.com

No comments: