Apr 27, 2012

Gràcies Pep!

Və Barcelona'da Pep Guardiola dövrü sona çatdı, bəlkə də bir müddətlik... Chelsea ilə oyundan sonra klub prezidenti Rossel ilə 3 saatlıq görüşmədən sonra sezon sonu klubdan ayrılmaq istədiyini bildirib. Bugün isə əvvəlcə səhər idmanında bu xəbəri futbolçular daha sonra isə mətbuat konfransında hamı ilə paylaşıb. Pep 4 il müddətində Barça'ya 13 kubok qazandırıb. 3 La Liqa, 2 Çempionlar Liqası, 1 Kopa Del Rey, 2 FIFA Dünya Klublar Kuboku, 2 Avropa Super Kuboku və 3 İspaniya Super Kuboku... Barcelona'nın yeni məşqçisi də aydınlaşıb. 2012-13 sezonunda Barcelona'nın başında Pep'in yardımçısı Tito Vilanova olacaq. Vilanova Barcelona B komandasından bu yana Pep'in yardımçısıdır.


Guardiola: "Həyatda futboldan kənar şeylər də var. İndi dincəlmək istəyirəm və bir gün yenidən futbola qayıdacağam. Görək həyat məni hara götürəcək"

No comments: