Apr 21, 2012

Dünyanın ən varlı futbol klubları


"Forbes" jurnalı dünyanın ən varlı klublarını açıqlayıb. Son 8 ildir zirvədə olan Manchester United bu il də zirvəni heç kimə vermədi. United 1,4 milyard sterlinqlə dünyanın ən varlı futbol klubudur.

"Forbes" jurnalı bu hesablamaları gəlir, qazanc və borc olaraq hesablayır. 8 ildir bir nömrə olan Manchester United keçən ilki dəyərini 20% artırıb. "Forbes" jurnalı bildirib ki; "Manchester United'in 330 milyonluq azarkeşlərini, klubdakı başqa idman branşlarını nəzərə aldıqda belə onu dünyanın ən varlı klubu edir. United, dünyanın ən zəngin beyzbol klubu olan "New York Yankees" və Amerikan futbolunun ən zəngin klubu olan "Dallas Cowboys"dan belə varlıdır"

2-ci yer isə Real Madrid'indir. Keçən sezon bir neçə ölkədə sərmayə qoyan Madrid klubu gəlirini daha da artırıb. Real Madrid'in dəyəri 1.7 milyard sterlinqdir. Real Madrid'in ardından 3-cü yerdə çox az fərqlə Barcelona gəlir. 4-cü və 5-ci yerləri Bayern Münich və Arsenal bölüşdürüb. Onların ardınca isə Chelsea və Liverpool gəlir...


No comments: