Apr 7, 2012

Əfran İsmayılov ilə reportaj - Extra Time

Stadium.az saytında “Extra-time” rubrikasının ilk qonağı olan Əfran İsmayılovla müsahibəm:





AD: Əfran
SOYAD: İsmayılov
ATASINI ADI: Amid
DOĞULDUĞU TARİX: 08/10/1988
DOĞULDUĞU YER: Bakı
İDMAN NÖVÜ: Futbol
XOBBİSİ: Bilyard oynamaq

-   Futbolda bütün futbolçular ilk öncə məhəllədə oynamağa başlayırlar. Sizin də futbol həyatınız məhlədən başlayıb?
-  Ümumiyyətlə, götürsək Azərbaycanda hamı məhəllə futbolundan başlayır, birinci məhəllədə oynayırlar. Bizdə uşaq futbolu yeni yaranıb. Bizim vaxtımızda uşaq futbolu demək olar ki, sıfır dərəcəsində idi. Mən dəməhəllədə oynamağa başladım, sonra bir dayım var, sağolsun, o, məni futbola yönəltdi. İndi də “Qarabağ” klubundayam.  Suala cavab isə, bəli, futbola məhəllədə başlamışam.
-  Bəs məhəllədə futbola başlamaqla, məktəbdə futbola başlamağın fərqi nədir?
-  Əlbəttə çox şey... Məhəllədə futbola başlayanda yönləndiricin olmur, ancaq öz beyninlə futbol oynayırsan. Məktəbdə məşqçi ilə işləmək isəfərqlidir. O, sənə topa necə vurmaq lazımdı göstərir, beynini yaxşıişlətməyi öyrədir. Ağıllı futbol oynamaq üçün gərək məktəbdən keçəsən.
-  Uşaqlığınız harada keçib? Necə uşaq olmusunuz?
- Uşaqlıqda çox dəcəl olmuşam. Özümün elə də yadıma gəlmir, amma deyirlər ki, çox dəcəl idim. Uşaq vaxtı futbolu çox sevirdim. Baxmayaraq ki, futbol oynayırdım, eyni zamanda dərslərimi də yaxşı oxuyurdum. Evdəməni ilk öncə dərsə yönəldirdilər, ancaq bir müddət sonra futbolu seçdim, evdəkilər də mənimlə razılaşdılar ki, Əfran futbola gedəcək.
-  Futbol sizin üçün nədir?
- Futbol... çox şey kəsb etdiyini deməzdim. Futbol həşeydir deməzdim, amma çox şey kəsb edir də deyə bilərəm. Pis çıxmasın, mən futbolla ailəqururam, maşınımı alıram, qohum əqrabaya, ailəmə baxıram, futbol sayəsində tanınıram, Azərbaycanı təmsil edirəm. Bunları götürsək, futbol mənim üçüçox şey kəsb edir.
- Gənc komandadan əsas heyyətə seçildiyində və ilk peşəkaroyununda nə hisslər keçirdin?
- Gənc komandadan əsas heyyətə çıxanda doğurdan çox sevinmişdim. Onda baş məşqçi Böyükağa Ağayevin vaxtı idi. Mənə dedilər ki, səni əsas heyyətə seçirik, maaşını da 200 dollar yazırıq, amma aşağı dəstədən heçkim bilməsin. Çünki onlar az maaş alırdılar. Ən maksimum maaş 50 dollar idi deyəsən, amma mənə 200 dollar verirdilər. İlk maaşımı alanda çox sevindim, evə gedən kimi camaata maaş aldığımı deyirdim. Xalama, anama maaşımdan pul verdim. Görürəm ki, onda sevincimin həddi hüdudu yox idi. İstəyirdim ki, mənim də formam olsun, mən də hamı kimi geyinim.Şükürlər olsun Allaha, yavaş-yavaş hamısı mənə də qismət oldu, indi də“Qarabağ”ıəsas heyyətindəyəm. Birinci oyunumda hansı hisslər keçirdim... Nə bilim... Çox həyəcanlıydım, hər oyunçu ilk oyununda həyəcanlı olur. İlk oyunumdan xatırladığım isə birinci görüşümdə qol vurmağım idi.
- “Qarabağ” klubunun futbolçusu olmaq sizin üçün nədir? Hər dəfəklubunuzun adını eşidəndə, formasını geyinib oyuna çıxanda bu amil sizin üçün nəysə kəsb edir?
-  “Qarabağ” klubu mənim üçün xüsusi önəm kəsb edir. Çünki Qarabağbizim yaralı yerimizdi, eyni zamanda Azərbaycanda ad çıxarmış futbol klublarından biridir. Hamının UEFA Kubokunda qazandığımız uğurlardan xəbəri var. “Qarabağ” klubunun forması ilə oyuna çıxanda biz ikiqat məsuliyyət daşıyırıq. Çünki xalqımız bizdəçox şey gözləyir. Həm dəburada kollektiv çox gözəldir. Fikirləşirsən ki, əgər sən yaxşı oynamasan komanda uduza bilər, ona görə də hamı bir nəfər kimi komandanın uğuruüçün vuruşur.
- Azərbaycan Premyer Liqasında sənə qarşı oynayan və səni meydanda əçox “yoran” futbolçu kimdir?
- Konkret cavab verməçətindi, çünki Azərbaycan futbolunda bu saat belədir ki, hamı bir-birini çox yaxşı tanıyır, oyundan əvvəl oyunçularıizləyirlər, məsələn məni izləyib hansı cəhətim üstündü, hansı cəhətim zəifdi bilirlər. Mən də buna görə oyunlara hazırlaşıram. Onlar məni durdurmaq üçün nə qədər fikirləşirsə, mən onlardan 2 qat artıq fikirləşirəm. Allaha şükür, yaxşı da alınır oyunum, qol da vururam. Ancaq yenə də məni yoran müdafiəçi yadıma gəlmir, bəlkə də adını unutmuşam.
- Premyer Liqadan ən yaxşı ilk on bir hazırlasan kimləri seçərdin?
- Qapıda Fərhad Vəliyev, müdafiənin sağında Maksim Medvedev, solunda Ansi, Ortada Rəşad Sadıqov, Teli. Sol yarımmüdafiəçi Flavinyo, ortada Rəşad Sadiqov və Georgiyevski, sağ yarımmüdafiəçi Vüqar Nadirov,  hücumda Rauf Əliyev və Uniston Parks.
-Bəs ilk on birdə özünə yer vermisən?
- Xeyr, verməsəm yaxşıdı.
- Siz həmçinin yığmamızın da futbolçususunuz. Tez-tez xariciölkələrə gedirsiniz. İndiyənə kimi səfər etdiyiniz hansı ölkəxoşunuza gəlib?
- Bəlkə kiməsə qeyri-adi  gələ bilər, ancaq mənim əçox xoşuma gələnölkə Latvia idi. Bu ölkə çox xoşuma gəlmişdi. Bir də Almaniya çox xoşuma gəlib.
- Avropada futbolunu sevdiyin, maraqlandığın və pərəstiş etdiyin hansısa bir klub varmı?
- Pərəstiş etdiyim klub “Barselona”dır. Çünki o komandada tək bir oyunçu yox, hamı kollektiv şəkildə oynayır.
- “Barselona”dan söz düşmüşkən, axırıncı “El Klasiko”nu izlədinizmi?
- Bəli, izlədim. Elə oyunu izləməmək olar?
- Bəs Messi, yoxsa Ronaldo?
- Hər birinin özünə görə xüsusiyyəti var. Ancaq ikisini qarşılaşdırsam, mən Messi deyərdim.
- Hər bir futbolçu kariyerasını daha yaxşı liqalarda və klublarda davam etdirmək istəyər. Bəs siz hansı liqada və klubda oynamaq istəyərdiniz?
Əlbəttə, hamının hədəfi var, çünki bu hədəf olmasa heç kim qabağa gedə bilməz. Təölkə daxilində oynayıözünü göstərmək yox, qırağa daçıxmaq lazımdır. Azərbaycan futbolçularında bu istedad var, ancaq bizim futbolçular nə varsa onunla razılaşırlar, özlərini inkişaf elətdirmirlər. Mən də Türkiyə Super Liqasının orta səviyyəli klublarının birində oynamaq istəyərəm. Əslində bir neçə mövsüm əvvəl gedə bilərdim, ancaq zədəucbatından bu transfer alınmadıİnşallah yenidən formaya düşüb, Türkiyədə oynaya bilərəm.
- Hansı klub maraqlanırdı sizinlə?
- Almaniya, Türkiyə və Belçikadan məni izləməyə gəlmişdilər. Ancaq dediyim kimi, zədə ucbatından alınmadı. Allahın işidi...
- Türkiyə Super Liqasında hansı kluba pərəstiş edirsiniz?
- “Qalatasaray” azarkeşiyəm.
- Sizcə Azərbaycan futbolunun mənfi və müsbət cəhətləri nələrdir?Şəxsən sizə görə futbolumuzda nələçatışmır?
- Futbolumuzda çatışmayan şeyləçoxdur, amma birinci uşaq futboludur. O da yavaş-yavaş inkişaf etməyə başlayır. “İnter” və “Bakı” klublarında buna daha çox önəm verirlər. İkinci vacib məsələ stadionların yaxşıvəziyyətdə olmamasıdır. Zədələrin yaranmasınıən birinci səbəbi elə bu meydançalardır. Meydança düz, yaxşı vəziyyətdə olsa futbolçu da həvəslənər, marağı artar, oynamaq istəyər. Məsələn, biz bir neçə beləstadionlara gedirik, meydançanı görəndə həvəsimiz ölür. Üçüncü isəfutbolçularımızıölkədən kənara çıxmaq istəməməsidir. Hamı ancaq Bakıda qalmağı fikirləşir. Müsbət cəhətləri isə budur ki, həqiqətən futbolçularda istedad var. İstənilən klubla işləsələözlərini inkişaf elətdirəbilərlər, ən birinci elə özümü götürürəm. Mən məşqdən kənar qalıb işləmirəm. Sadəcə bizdə Azərbaycan qanı var, hamı əlində olanla razılaşır,özünü daha da inkişaf elətdirmək istəmir. Hamı məşq qurtaran kimi evəgetmək istəyir, elə mən də. Ancaq bu halları aradan qaldırmaq istəyirəm yavaş-yavaş. Deyirlər, Ronaldo hər məşqdən sonra evə getmir, meydanda cərimə zərbələrini məşq edir, Messi də onun kimi. Milyon dollarlara sahib olanlar bunu edir, ancaq bizlər etmirik. İnanıram ki, inşallah bu hal tez zamanda aradan qalxar. Biz də öüzərimizdə işləsək, inanıram ki, ən azından Türkiyədə nəsə eləyə bilərik.
- Bu sual bəlkə də ən məşhur suallardan biridir. Hər bir gənc futbolçunun özünə örnək götürdüyü, ilham aldığı bir futbolçu var. Bəs sən hansı futbolçunu özünə örnək götürürsən?
- Hamı mənə gənc deyir, ancaq məözümü gənc kimi görmürəm. Artıq 24 yaşın içərisindəyəm. Gənc 19-20 yaşında olar. Çünki bu saat xaricdəNeymar 19, o birilər də 19-20 yaşında parlayırlar. Hər hansısa bir kumirim yoxdu, ancaq “Barselona” komandasını ümumi şəkildə örnək götürürəm. Onlardan çox şey götürürəm.
- Biraz da futboldan kənar danışaq. Məşqlər olmayanda, boşvaxtlarınızda nə ilə məşğul olursunuz?
- Boş vaxtlarımda yaxın uşaqlarla otururuq, söhbət edirik, bilyard oynayırıq. Düzünü desəm, elə də boş vaxtımız olmur. Çünki biz ev oyunlarımızı Ağdamda oynayırıq, hər həftə Ağdama gedib, Bakıya ya da fərqli yerlərə gedirik. 20-25 gün tətil olacaq, istəyirəm ki, gedim hardasa istirahət edim. Bu 3 ildə istirahət nədi mən bilmədim. Çox nadir hallarda dincəlmişəm.
Əgər futbolçu olmasaydınız  “B Planınız” nə olardı? Kim olardınız?İndi harada nə ilə məşğul idiniz?
- Futbolçu olmasaydım, təhsilimi davam etdirərdim, dərs oxuyardım. Futbol olmasa idi, mütləq hansısa bir işə girməliydim, çünki avara-avara gəzməyin də mənası yoxdu. Ailə saxlamaq, pul qazanmaq üçün fəhləlik dəolsa, daş daşımaq da olsa gedib işləyərdim. Ancaq yenə deyirəm, futbolçu olmasaydım dərs oxuyardım, universiteti bitirib hardasa işləyərdim.
- Sizə görə futbolda hansı hal gözlənilməzdir? Zəif bir komandanın hansısa bir turnirdə uğur qazanması, yoxsa güclünün uğursuz olması?
- Mənim üçün zəif klubun uğurlu olması gözlənilməz haldır. Çünki mən zəif klubların bir yerə gəlməsini, uğur qazanmasını çox istəyirəm. Güclü bir klub, ola bilsin ki, bir dəfə çempion oldu, amma gələn il onlar üçün bu, elədə maraqlı olmur. Məsələn, məçox istərdim ki, “Qarabağ” klubu Avropa Liqasında qrup mərhələsinə qatılsın.
-  Gənc futbolçulara nə tövsiyyələr verərdin?
- Fikirlərini ancaq futbola yönəltməlidirlər, başqa bir şey fikirləşməməlidirlər. Əönəmlisi öüzərlərində işləsinlər, çalışsınlar. Futbolda birinci ağıl olmalıdır, çünki ağıllı oynayandan sonra futbolçu fiziki cəhətdən də inkişaf edir.
- Bir idmançı kimi futboldan başqa sevdiyin və izlədiyin bir idman növü varmı?
- Güləş, boks, cüdo görüşlərini izləyirəm. Güləş çox xoşuma gəlir. Beləidman növlərinə marağım var.
Əçox sevdiyiniz futbolçu kimdir və niyə?
Çox bəyəndiyim futbolçu var, ancaq Xavinin oyununu çox bəyənirəm.Ümumilikdə “Barselona”nın heyyətində bəyəndiyim çox oyunçu var. Demək olar ki, orada oyununu bəyənməyəcək kimsə yoxdur.

Hazırladı: İntiqam İsmayılov
Fotoqraf: NƏRGİZ MEHDİYEVA
Fotolar üçün:  http://www.stadium.az/index.php?cat=xeberler&id=9130


QEYD: Əfranla söhbətimiz Premyer Liqanın qış fasiləsi zamanı baş tutub. Yaxın günlərdə Neftçi futbol klubunun kapitanı Rail Məlikovla olan reportajımızı da sizlərə təqdim edəcəyik.

No comments: