Dec 24, 2011

İtaliyanların qanında var

Polis tərəfindən yay aylarında İtaliyada yenə manipulyasiya və oynanacaq oyunları əvvəlcədən danışmaqla bağlı saxlanılan və 3 il futboldan uzaqlaşdırma cəzası verilən, Atalantanın keçmiş kapitanı Cristiano Doni keçən sezon Piacenza ilə oynanan oyunda manipulyasiya etdiklərini etiraf edib. Xatırladım ki, yay aylarında baş tutan əməliyyatlardan sonra İtaliya futbol federasiyası Atalanta klubuna sezon əvvəlində mənfi 6 xal cəza vermişdi. Yeni cəzanın nə olacağını isə hamı maraqla gözləyir...

No comments: