Dec 18, 2011

İntiqam günü

Bugün intiqam günüdür... Hələ keçən sezon bitmədən, Fenerbahçe'nin qazandığı hər oyun sonrası açıqlamalar edən Trabzonspor klubu bugün Kadıköy'ə gəlir. Fenerbahçe'nin haqqı olan ÇL-ə onlar getdi, üstümüzdən özlərini reklam etdilər, Rıdvana, Aykuta demədikləri qalmadı, cavabları verildi hamısının. Təkcə axırıncı açıqlamalarının və Şenol Güneş'in cavabı verilmədi, çünki o cavab bu axşam meydanda veriləcək! Stadionda iynə atsan yerə düşməyəcək, üstəlik azarkeşlər möhtəşəm bir xareoqrafiya hazırlayıblar... Təkcə Fenerbahçe'li azarkeşlər deyil bütün futbolsevərlər bu oyunu qaçırtmasın...

No comments: