Dec 29, 2011

2011-ci ilin ən yadda qalan futbol hadisələri

Yanvar: Kenny Dalglish (King Kenny) 20 il sonra Liverpool'a qayıtdı. Ryan Babel twitter'də paylaşdığı bu şəklə görə 10 min funt cəza aldı. Fernando Torres 50 milyon funt qarşılığında Liverpool'dan Chelsea klubuna transfer oldu. Liverpool fanatları da onun formasını belə yandırdı.


Fevral: 2011-ci ilin ən baxımlı EPL oyunu; Newcastle 4-4 Arsenal. Arsenal, Pep'in Barcelona'sını udan ilk ingilis klubu oldu. Wayne Rooney Premyer Liqanın ən gözəl qolunu vurdu. Arsenal, 7 illik Carling Cup çempionluğuna yenə son qoya bilmədi; Arsenal 1-2 Birmingham. 

Mart: Gattuso və Joe Jordan.


Aprel: Bu ayda 3 El Clasico oynandı. Yalnız Copa del Rey finalında Real Madrid, Barcelona'ya üstün gələ bildi. Sergio Ramos sevincindən kuboku avtobusun altına atdı

May: Manchester City, illər sonra FA Kubokunu qazandı. Manchester United, Premyer Liqada 19-cu çempionluğunu qeyd etdi. Barcelona, 5 ildə 3-cü Çempionlar Liqası çempionluğunu qazandı. 


İyun: Fabregas, Barcelona'ya qayıtdı. Chelsea'nin baş məşqçi postuna Villas Boas keçdi. Wayne Rooney başına saç əkdirdi

İyul: Türkiyədə manipulyasiya edilmiş oyunlar haqqında polis əməliyyata başladı. Başda Aziz Yıldırım olmaqla bir çox futbol adamı həbs edildi. Yaponiya qadın futbol komandası Dünya Çempionu oldu. Uruqvay, Copa America 2011-in qalibi oldu. 

Avqust: Mourinho, barmağını Tito Vilanovanın gözünə soxdu :). Arsenal, Old Trafford'da Manchester United'ə 8-2 məğlub oldu. Bu məğlubiyyətdən sonra Arsene Wenger, 5 oyunçu birdən transfer etdi. 


Sentyabr: Torres, bunu vura bilmədi. Tevez, ÇL-də oyun zamanı oyuna girməkdən imtina etdi və Mancini onu bir daha əsas heyyətə cəlb etmədi. 

Oktyabr: Manchester United, son 50 ildə ilk dəfə Old Trafford'da ən ağır hesabla məğlub oldu; Manchester United 1-6 Manchester City. Balotelli'nin "Why Always Me" köynəyi. Rooney, Qaradağla oyunda etdiyi hərəkətə görə 2 oyunluq cəza aldı və EURO2012-nin ilk 2 oyununda oynaya bilməyəcək. 



Noyabr: Blatter: "Futbolda rasizm yoxdur və futbolçular belə məsələləri meydançada həll edirlər". Uels milli komadasının əfsanə futbolçusu və məşqçisi Gary Speed, evində özünü asaraq intihar etdi. Daha bir futbol əfsanəsi Socrates həyata gözlərini yumdu.

Dekabr: Manchester şəhərinin hər iki klubu Çempionlar Liqasında qrupda qaldı. Barcelona 3 ildə 2-ci dəfə Dünya Klublar Çempionu oldu. 


2011-ci ilin ən yaxşı on biri:




2011-ci ilin ən yaxşı qolu:




2011-ci ilin ən uğursuz futbolçusu:




2011-ci ilin ən yaxşı baş məşqçisi:




2011-ci ilin ən yaxşı futbolçusu:














No comments: