Aug 22, 2012

EPL 1-ci həftə / Show must go on!



Dünyanın ən çox izlənən liqası "Premier League"də ilk həftənin oyunları sona çatdı. Böyüklər heyyətlərinə dünya ulduzlarını qatdı. Hazard Manchester deyib London'a, Van Persie London'dan ayrılıb Manchester'ə gəldi. Arsenal hər sezon əvvəlində olduğu kimi qan itirməyə davam etdi. Keçən il kapitan Fabregas'ın ayrılmasından sonra bu il də RvP və Song klubdan ayrıldı. Malaga'dan Cazorla və Köln'dən gələn Podolski Arsenal'ın yeni ümidləridir. Arzu edirəm ki, onları da bir neçə sezon sonra əlindən buraxmaz. Liverpool isə King Dalglish'dən boşalan yerə Swansea'dən Brendan Rogers'i gətirdi. Son çempion City isə keçən sezonki heyyətdə çox az dəyişikliklər edərək yeni sezona başladı. 



İlk həftəyə 5 qolla salam deyən 2 klub var: Fulham və Swansea. Swansea yeni məşqçisi Laudrup ilə yeni oyun fəlsəfəsinə yiyələnib. Bu ilk həftədə özünü göstərdi. QPR hər nə qədər hazır olmasa da rəqib meydanda 5 qol atmaq alqışlanmalıdır. Yeni transferləri Michu'nun adını bu sezon çox eşidəcəyik. Fulham isə hər zamanki təcrübəsindən yararlandı. Təcrübəli məşqçisi Martin Jol ilə bu sezon daha gözəl işlərə imza atacaqlarına şübhəm yoxdur. Petric isə daha ilk oyundan Premier League'ə hazırdır. 



Arsenal rəqibi Sunderland qarşısında çox şanslı olsa da bunlardan istifadə edə bilmədi. Yeni transfer Podolski'nin yoldaşları ilə hələ uyğunlaşma problemi var. Cazorla isə ilk həftədən yaxşı təsir buraxdı. Keçən sezonun ən bərbad transferlərindən olan Gervinho bu oyunda çox çalışsa da bir nəticə əldə edə bilmədi. Giroud isə ilk EPL matçının təsirindən bir neçə şansı dəyərləndirə bilmədi. Song'un komandadan ayrılması ilə Arsenal'ı çətin günlər gözləyir, ancaq Nuri transferi gerçəkləşərsə biraz nəfəs ala bilərlər.



Liverpool yeni məşqçi və ümidlərlə başladığı liqanın ilk oyununda qapısında 3 qol gördü. Liverpool müdafiəçilərinin bərbad oyunu sayəsində West Bro. 2 penalti qazandı, onlardan birini qola çevirə bildilər. Suarez'in bacarıqsızlığı hesabın böyüməsinə gətirib çıxardı. İlk həftədən Liverpool yenə yarışdan kənarda qala biləcəyini göstərdi.



Son çempion City, liqanın yeni komandası olan Southampton qarşısında çətinliklə də olsa qalib gələ bildi. Mancini'nin super komandasına qarşı dirənə bilmədilər, ancaq öz səviyyələrində olan digər klublara nəzərən daha yaxşı təsir buraxdılar. Zədələnən Agüero'nun yerinə girən Nasri isə bütün müsəlman aləminin bayramını təbrik etdi :)

Newcastle öz evində son dəqiqələrdə Ben Arfa'nın qazandırdığı penalti sayəsində ilk həftəni 3 xalla bağladı. Oyunun demək olar ki, çox hissəsini hesabda geri, ancaq "oyunda" üstün aparan Tottenham 20 dəqiqəyə yaxın tətbiq etdiyi pressinq nəticəsində St. James Park'dan 1 xalla ayrıla bilərdi. Lakin Ben Arfa buna icazə vermədi. Demba Ba isə möhtəşəm bir qol vurdu. Papiss ilə birlikdə bu sezon da bir çox klubun başını ağrıdacaqlar.

Chelsea liqanın açılışını rəqib meydanda etdi. İlk 10 dəqiqədə vurduğu 2 qolla Wigan'ı məğlub etdi. Drogba'nın ayrılmasından sonra ümidlər Torres'ə qalıb. Yeni transfer Hazard isə yavaş-yavaş EPL'ə isinir. 



İlk həftənin son oyunu isə Everton ilə Man United arasında idi. Bir neçə həftə əvvəl heyyətinə RvP'ni qatan Man United bu oyuna favorit kimi çıxmışdı, ancaq Goodison Park EPL'in ən çətin rəqib meydanlarından biridir. Yeni transfer RvP ilk on birdə yox idi. Everton başdan sona kimi götürdüyü oyunu Fellaini'nin qolu ilə 1-0 qazandı. Oyuna 10 dəqiqə qalmış oyuna qurtarıcı kimidaxil olan RvP isə heçnə ilə yadda qalmadı. 

P.S 1-ci həftələr hər zaman aldadıcıdır. 

EPL'də 1-ci həftənin nəticələri:                                       

Arsenal 0-0 Sunderland                                           
Fulham 5-0 Norwich
QPR 0-5 Swansea
Reading 1-1 Stoke City
West Brom 3-0 Liverpool
West Ham 1-0 Aston Villa
Newcastle Utd 2-1 Tottenham
Wigan 0-2 Chelsea
Man City 3-2 Southampton
Everton 1-0 Man United

No comments: