Jun 6, 2012

EURO2012 başlayır

EURO2012 başlayır. Polşa ilə Ukraynanın birlikdə ev sahibliyi etdiyi dünyanın 2-ci ən böyük ölkələrarası futbol turnirinə 1 gün qaldı. Kubokun başlamasına kimi FEMEN aktivistlərindən tutmuş, bir çox siyasətçilərə qədər bu böyük turnirin 2 ölkədə keçirilməsi ilə bağlı mənfi fikirlər var idi və hələ də var. UEFA'nın tək istədiyi bu turnurin problemsiz başlayıb, problemsiz bitməsidir. 

Əvvəlcə onu deyim ki, FIFA ilə UEFA arasında çox böyük anlaşmazlıq olduğu açıq aydın görünür. EURO2012'də öz ölkələri adına yarışacaq olan futbolçuların demək olar ki, hamısı dünyanın ən böyük liqalarında, ən böyük klublarında forma geyinirlər. Ölkə çempionatı, ölkə kuboku, Avro kuboklarda çıxış edən futbolçular çox yorucu sezon keçiriblər. Sezon bitən kimi hamısı yığma komandaların təlim məşq düşərgəsinə toplaşırlar. Bundan əlavə FIFA'nın təşkil etdiyi yoldaşlıq oyunlarında da iştirak edirlər. Bu da EURO2012 qabağı futbolçuların həm fiziki, həm də mental olaraq həddən artıq yorulmasına gətirib çıxarır. Belə böyük turnirlərin maraqsızlaşmasında ən böyük problem budur. 

A Qrupu
Polşa: A Qrupunda ev sahiblərindən biri Polşa var. Ev sahibi olduğu üçün bir başa qruplara qatılan Polşa EURO2012'dən ümidlidir. Baş məşqçiləri Smuda əsasən öz ölkəsində bir çox klubda məqşçilik edib. 2006 DÇ-dan sonra bu posta gətirilmək istənilən Smuda 2009-cu ildə bu vəzifəyə gətirilib.