Mar 15, 2012

Gigante Altetic!


MARCA'nın başlığı... Bielsa'nın başçılığı ilə əla futbol oynayan Atletic Bilbao İspaniyada da United'i evinə əli boş göndərdi. Çox böyük uğurdu. Tərəfli tərəfsiz Bielsa'nın oynatdığı oyun hamıya ləzzət edir. United'in sadəcə Premyer Liqanı fikirləşməsi bu uğura kölgə sala bilməz. 

Digər Manchester klubunun yolunu isə Sporting kəsdi. 2-0 geriyə düşməsinə baxmayaraq, hesabı 3-2 edən City klubuna bu bəs etmədi və yarışdan kənara qaldı. Başları rahat vəziyyətdə Premyer Liqaya gedirlər :)

No comments: