Chelsea 1-1 Fulham: Mata 47 (CHE), Dempsey 56 (FUL) - Məncə Chelsea'nin bu ilki ən yaxşı transferidir Mata. Oynadığı hər oyun möhtəşəm işlər görür. Tək şanssızlığı isə bir neçə qoca futbolçularla oynamasıdır, gələn ilə hər şey düzələr. Dempsey isə Fulham'in "çörək ağacıdır" :)
West Bromwich 0-0 Man City: Şeyxlər bu sezon ilk dəfə bir oyunda qol vura bilmədilər, o da bugünə qismət oldu. Liqanın ən zəiflərindən West Brom City'yə yaxşı dirəndi, hətta qalib də gələ bilərdilər.
Manchester United 5-0 Wigan: United isə City'nin əksinə zirvənin yuxarısına doğru irəliləyir və sezonun əvvəlindəki formasına qayıdır. ÇL-dən kənarda qalmaq işə yarayıb deyəsən. Ancaq 20-ci çempionluğu fikirləşirlər. Qeyd: Fergie, Berbatov'u kənarda oturdaraq adam elədi. Bugün 3 qol Berbatovdan gəldi. Qollarda köməyə görə Kung Fu Park'a təşəkkürlər.
Sunderland 1-1 Everton: Bir birinə bənzəyən iki komanda bərabərə qaldı. Everton'un bu sezon rəqib meydanda heç-heçəsi yox idi, ancaq Sunderland ilə bacara bilmədilər.
Bolton 0-2 Newcastle: Yıxılana bir təpik də Newcastle vurdu. EPL-in ən köklü klubu Bolton bu il ağır günlər keçirir. Elmaderi Galatasaray'a verən Bolton Blackburn ilə liqanın dibindədir. Ben Arfa bu oyun Bolton'u yıxan oyunçu idi.
Liverpool 1-1 Blackburn: Normal şəraitdə Liverpool bugün Blackburn'ə 4-5 qol vurmalı idi, ancaq bacara bilmədilər. Suarez yoxdu hələ bir müddət yenə olmayacaq. Caroll Liverpool'a kömək olmur.
Günün son oyunu isə Stoke - Aston Villa oyunu olacaq...
No comments:
Post a Comment