Showing posts with label joey barton 12 oyun cəza. Show all posts
Showing posts with label joey barton 12 oyun cəza. Show all posts

May 24, 2012

Barton'a 12 oyunluq cəza


EPL'in son turunda, QPR kapitanı Joey Barton, Tevez'ə dirsək, Agüero'ya təpik vurmuşdu. Qırmızı kart gördükdən sonra isə Kompany'yə "kəllə" vurmaq istəmişdi. Həmin oyunun üstündən həftələr keçdi və Barton'un cəzası açıqlandı. Tevez ilə mübahisə etdiyinə və onu vurduğuna görə 4 oyun, Agüero və Kompany'yə zərər yetirdiyi üçün 8 oyun cəza aldı. Ümumilikdə isə Joey Barton'a 12 oyun disklivikasiya və 75 min funt sterlinq pul cəzası verilib.