Jun 6, 2012

EURO2012 başlayır

EURO2012 başlayır. Polşa ilə Ukraynanın birlikdə ev sahibliyi etdiyi dünyanın 2-ci ən böyük ölkələrarası futbol turnirinə 1 gün qaldı. Kubokun başlamasına kimi FEMEN aktivistlərindən tutmuş, bir çox siyasətçilərə qədər bu böyük turnirin 2 ölkədə keçirilməsi ilə bağlı mənfi fikirlər var idi və hələ də var. UEFA'nın tək istədiyi bu turnurin problemsiz başlayıb, problemsiz bitməsidir. 

Əvvəlcə onu deyim ki, FIFA ilə UEFA arasında çox böyük anlaşmazlıq olduğu açıq aydın görünür. EURO2012'də öz ölkələri adına yarışacaq olan futbolçuların demək olar ki, hamısı dünyanın ən böyük liqalarında, ən böyük klublarında forma geyinirlər. Ölkə çempionatı, ölkə kuboku, Avro kuboklarda çıxış edən futbolçular çox yorucu sezon keçiriblər. Sezon bitən kimi hamısı yığma komandaların təlim məşq düşərgəsinə toplaşırlar. Bundan əlavə FIFA'nın təşkil etdiyi yoldaşlıq oyunlarında da iştirak edirlər. Bu da EURO2012 qabağı futbolçuların həm fiziki, həm də mental olaraq həddən artıq yorulmasına gətirib çıxarır. Belə böyük turnirlərin maraqsızlaşmasında ən böyük problem budur. 

A Qrupu
Polşa: A Qrupunda ev sahiblərindən biri Polşa var. Ev sahibi olduğu üçün bir başa qruplara qatılan Polşa EURO2012'dən ümidlidir. Baş məşqçiləri Smuda əsasən öz ölkəsində bir çox klubda məqşçilik edib. 2006 DÇ-dan sonra bu posta gətirilmək istənilən Smuda 2009-cu ildə bu vəzifəyə gətirilib. 

May 28, 2012

İtaliyada yenə futbol skandalı


Son illərdə ard arda baş verən İtaliyadaki manipulyasiya skandallarına bugün biri də əlavə edilib. Lazio kapitanı Stefano Mauri və Padova futbolçusu Omar Milanetto ilə yanaşı 17 nəfər manipulyasiya ettikləri  üçün saxlanılıblar. Digər 17 nəfər arasında yenə fərqli klublardan futbolçuların olduğu deyilir. 

Sezonu çempion olaraq tamamlayan Juventus'un baş məşqçisi Antonio Conte'nin evinde polislər axtarış tədbirləri keçirib. 4 polis maşını isə İtaliya yığma komandasının EURO2012 üçün hazırlıq gördüyü düşərgəsinə gedib. Burada gənc futbolçu Domenico Criscito'nun otağında axtarışlar aparan polis əməkdaşları daha sonra düşərgədən ayrılıblar. 

Günorta saatlarında İtaliya baş məşqçisi Prandelli EURO2012 üçün yığmanın heyyətini açıqlayacaqdı. Ancaq baş verən hadisələrə görə bu baş tutmadı. İlk gələn xəbərlərə görə isə Prandelli Criscito'nu heyyətdən kənarlaşdırıb. 

Mənbə: tr.eurosport.com

May 24, 2012


Qapı xətti texnologiyası ilk dəfə İngiltərə - Belçika yoldaşlıq oyununda istifadə olunacaq və final test ediləcək. Bundan qabaqki test FA Senior Cup'da baş tutmuşdu. "The Hawk-Eye System" adı verilən bu qurğu artıq Wembley stadionuna quraşdırılıb. FIFA bu qurğuya, sistemə bir təhər razı olsa da, UEFA qapı xətti texnologiyasının istifadəsinin tez olduğunu bildirir.

Barton'a 12 oyunluq cəza


EPL'in son turunda, QPR kapitanı Joey Barton, Tevez'ə dirsək, Agüero'ya təpik vurmuşdu. Qırmızı kart gördükdən sonra isə Kompany'yə "kəllə" vurmaq istəmişdi. Həmin oyunun üstündən həftələr keçdi və Barton'un cəzası açıqlandı. Tevez ilə mübahisə etdiyinə və onu vurduğuna görə 4 oyun, Agüero və Kompany'yə zərər yetirdiyi üçün 8 oyun cəza aldı. Ümumilikdə isə Joey Barton'a 12 oyun disklivikasiya və 75 min funt sterlinq pul cəzası verilib.

Barcelona 2012-13 formaları

Barcelona 2012-2013 sezonu üçün dizayn edilən yeni formalarını nümayiş etdirib. Qeyd edim ki, bu formaların biri sadəcə bir plastik qabdan hazırlanır. 

Home
Away

Fenerbahçe'nin yeni transferi Salih Uçan



Salih Uçan (d. 6 Ocak 1994, Marmaris, Muğla) Türk futbolcu. Fenerbahçe'de oynamaktadır. Futbola Marmaris Belediyespor altyapısında başladı ve ardından 2004 senesinde Bucaspor altyapısına transfer oldu. 2010 yılında profesyonelliğe geçiş mukavelesi imzalayarak as takıma yükseldi. 2012 yılında Fenerbahçe'ye transfer oldu.


Büyük takımlarımızın alt yapılarındaki futbolculardan farklı olarak kendi kulübünde oynama şansı da yakalayan milli oyuncu Ay-Yıldızlı formayı 38 kez giyme şansı da yakaladı. 



15 yaş altı Milli Takımı'ndan bu yana sürekli kadroda yer alan Salih, bu karşılaşmaların 37'sinde sahada yer aldı. Oynadığı maçlarda beğeni toplayan genç orta saha oyuncusu, iki yönlü futbolu ile dikkatleri üzerine çekti.

Hem futbol stili hem de fiziki özellikleriyle Belçika'nın ve Everton'ın orta sahasındaki yıldızı Fellaini'ye benzetilern Salih, yüksek top tekniğiyle de alkış topluyor. Sert futbolunu etkili pas aralarıyla da perçinleyen Salih Uçan, bu sezon bank Asya 1. Lig'de 24 maça çıkma başarısı gösterdi. 1 golü bulunan Salih, kısa profesyonellik kariyerine 84 üst düzey maç eklemeyi başardı.