Apr 30, 2012
Qəribə qol
Lazio'lu oyunçular fiti eşitmirlər, oyunun bitdiyini düşünürlər, ancaq Udinese'li Pereyra son saniyədə hesabı 2-0 edir.
Apr 27, 2012
3D Futbol Forması
Texnologiyaya xoş gəlmisiniz... Gələcək sezondan Lyon Avropa Kuboklarda 3D forma ilə meydançaya çıxacaq. 3 bölgədən, yuxarı, eninə və arxa tərəfdən ibarət olan 3D forma indidən böyük maraq oyadıb. Adidas yeni bir ilkə imza atıb. Forma gələcək sezon böyük rəğbət görərsə böyük ehtimalla digər klublar da 3D forma modasına keçid edə bilər.
Gràcies Pep!
Və Barcelona'da Pep Guardiola dövrü sona çatdı, bəlkə də bir müddətlik... Chelsea ilə oyundan sonra klub prezidenti Rossel ilə 3 saatlıq görüşmədən sonra sezon sonu klubdan ayrılmaq istədiyini bildirib. Bugün isə əvvəlcə səhər idmanında bu xəbəri futbolçular daha sonra isə mətbuat konfransında hamı ilə paylaşıb. Pep 4 il müddətində Barça'ya 13 kubok qazandırıb. 3 La Liqa, 2 Çempionlar Liqası, 1 Kopa Del Rey, 2 FIFA Dünya Klublar Kuboku, 2 Avropa Super Kuboku və 3 İspaniya Super Kuboku... Barcelona'nın yeni məşqçisi də aydınlaşıb. 2012-13 sezonunda Barcelona'nın başında Pep'in yardımçısı Tito Vilanova olacaq. Vilanova Barcelona B komandasından bu yana Pep'in yardımçısıdır.
Guardiola: "Həyatda futboldan kənar şeylər də var. İndi dincəlmək istəyirəm və bir gün yenidən futbola qayıdacağam. Görək həyat məni hara götürəcək"
Guardiola: "Həyatda futboldan kənar şeylər də var. İndi dincəlmək istəyirəm və bir gün yenidən futbola qayıdacağam. Görək həyat məni hara götürəcək"
Apr 26, 2012
Messi ata olur
Argentinada yayılan xəbərlərə görə Messi'nin sevgilisi Antonella Roccuzzo 3 aylıq hamilədir. Hələlik tək açıqlama ciudad.com saytından gəlib. Messi'nin atası isə bildirib ki, bununla bağlı Messi açıqlama verəcək.
Messi ibtidai məktəbdan tanıdığı Antonella ilə 4 ildir birlikdədir. Argentinalılar isə onlardan çox sevinir. Çünki Messi'nin oğlan övladı olduğu halda Kün Aguero'nun oğlu, yəni Maradona'nın nəvəsi ilə birlikdə uzun illər səs gətirəcəklərini düşünürlər.
Apr 25, 2012
Finalın adı: Chelsea - Bayern München
Bayern München Bernabue'da penalti zərbələri ilə Real Madrid'i finaldan kənarlaşdırdı. 14 dəqiqə futbol oynayan Real Madrid, 106 dəqiqə Bayern'dən üstün futbol izlədi... Mourinho'nun qorxaq oyunu Real Madrid'i finaldan kənarda qoydu. Ronaldo 6-cı dəqiqədə penaltidən hesabı açsa da, qapanışı edə bilmədi... Qısacası Real Madrid'ə bu il də ÇL kuboku yoxdu.
EPL'də ilin oyunçusu - RVP
Arsenal klubu çətin bir sezon keçirsə də, kapitanları Robin Van Persie bütün yükü öz üzərində daşımağı bacardı. RVP ard arda 2 mükafata layiq görülüb. Premier League'də oynayan futbolçular arasında ən yaxşı seçilən RVP, idman yazarlarının da seçimi ilə ilin ən yaxşı oyunçusu adına layiq görülüb.
Subscribe to:
Posts (Atom)

