Jan 28, 2012

Real Madrid Çemp...

Real Madrid evdə rahat qalib gəldi, Barça isə həmişəki kimi səfərdə xal itirdi. Və aralarındakı xal fərqi 7 oldu! 


Barcelona, ilk hissədə qol vura bilmədiyi son 2 oyunda qalib gələ bilməyib (Sevilla, Getafe)
Real Madrid, 16 liqa oyunundan 15-ni qalib tamamlayıb.
Yalnız 2003/04 sezonunda Valencia, 7 xal geridən gəlib çempion olan tək klubdur.

Xavi & Iniesta - The Art of The Football



Iniesta, Xavi haqqında: Bəzən baxmadan belə onun harada olduğunu bilirəm.

Jan 26, 2012

Messi "Time" jurnalının üz səhifəsində

El Clasico'dan Statistikalar


Dünənki əla oyundan sonra ön plana çıxan bir neçə maraqlı statistika:

➊ Sergio Ramos, Camp Nou'da oynanan son 7 El Clasico oyununda 6 sarı kart və 1 qırmızı kart alıb.
➋ Barcelona'da ancaq Messi son 11 El Clasico'da Pedro'dan çox qol vuran oyunçudur.
➌ Karim Benzema, bu sezon Barcelona'ya qarşı oyunlarda 3 qol vurub, 2 asist edibş
➍ Jose Mourinho, ilk dəfə kubokun 1/4 finalında uduzaraq, kubokdan kənar qalıb. (15)
➎ Pep Guardiola, heç vaxt 1/4 finalında uduzmayıb (6)
➏ 2010/11 sezonundan bu yana oynanan 10 El Clasico'da 9 qırmızı kart çıxıb. (R.Madrid 7, Barcelona 2)
➐ Messi, ard arda 3 El Clasico'da qol vura bilməyib.
➑ Cristiano Ronaldo, son Copa Del Rey oyunlarının hamısında Barcelona'ya qol vurub. 

Jan 25, 2012

Super Clasico

Son illərin ən rəqabətli El Clasico'sunu izlədik deyə bilərəm... Real Madrid, 1-2-nin cavab oyununa çox yaxşı hazırlaşmışdı. Hamı keçən həftə olanlardan sonra Real'ın Camp Nou'da böyük hesabla uduzacağına inanırdı, ancaq futbolda həmişə olduğu kimi hamı aldandı. İlk dəqiqələrdə Higuain'in 2 dəfə qola yaxınlaşması, Mesut'un dirəyi Barcelona'nı oyunda saxladı və özünə gələn Barça Messi'nin Pedro'ya verdiyi Maradonavari pası ilə 1-0 önə keçdi, daha sonra ilk hissə bitərkən Dani Alves'in El Clasico'ya yaraşan qolu ilə hesabı 2-0'a çatdırdı. 


El Clasico'nu izah edən foto
İkinci hissəyə, birinci hissədən də istəkli çıxan Real Madrid'li futbolçular əla oynadıqları 45 dəqiqə ilə hesabı 2-2'yə gətirdilər, ancaq turu keçmək üçün lazım olan 1 qolu vura bilmədilər... Oyuna həmişəki kimi hakimlərin səhvləri kölgə saldı. Əvvəlcə Lassana Diarra'nın Messi'yə qarşı etdiyi açıq aydın "təpiyinə" qırmızı verməyən hakim, daha sonra Abidal və Busquest'in əlinə dəyən topu görmədi. 90 dəqiqəyə 3 dəqiqə əlavə etməyi isə ən böyük səhvi idi. Qısacası, illər sonra ilk dəfə belə gözəl futbol izlədik, ancaq qazanan azarkeşlər yox, "başqaları" oldu...


                          

Jan 23, 2012

De Gea əməliyyat olacaq

Manchester United'in gənc qapıçısı De Gea, sezon sonu gözündən əməliyyat olunacaq. Sezonun ortasına doğru gözündə problemlər yaşayan qapıçısının, yerini Lindegaard'a təhvil verməsinin səbəblərindən biri də budur.


Jan 19, 2012

El "Clasico"


Həmişəki kimi qalib tərəf Barcelona oldu, ancaq oyunun gözəlliyinə ləkə salan bir neçə hal da oldu. Pepe'nin Messi'nin əlini bilərəkdən əzməsi, ondan əvvəl yalandan üzünü tutub yerə yıxılması, ümumilikdə Pepe'nin simulyasiyaları və Coentrao'nun Messi'yə qarşı etdiyi bu çirkin hərəkət. Belə hərəkətləri Barcelona tərəfi də etmişdi keçən il, bu il də dəyişən heçnə olmadı... Bu dəfə də Real Madrid'li oyunçular çirkin oyunları ilə yadda qaldılar. 1 ildə 9 El Clasico'dan bezmişdik onsuz da, belə oyunu gördükdən sonra heç baxmaq istəmir insan... 


Nə sistemdən, nə də oyun gedişatından yazmağa ehtiyac var, çünki hər şey hər zamanki kimi oldu və yenə Barcelona üstün oyunu ilə qələbə qazandı. Real Madrid, oyun boyu sadəcə 27% topa sahib olma ilə oynayıb. Hələ də Pep ilə Mourinho'nu qarşılaşdıranlar varsa bu faizlərə bir daha baxsın sonra yenə fikirləşsin... Guardiola'nın dünən 41 yaşı tamam oldu və məncə aldığı ən gözəl hədiyyə Real Madrid qələbəsi oldu. Hədiyyəni təqdim edən isə bir neçə gün əvvəl sözləşməsini uzadan Abidal idi.


El Clasico'dan maraqlı statistikalar:


1) İki klubun El Clasico'lardakı qalibiyyət seriyaları bərabərləşdi: 86-86. Guardiola Barcelona'nın baş məşqçisi olarkən bu hesab 85-77 idi.
2) Guardiola, Bernabue'da ən çox qələbə qazanan Barcelona'lı baş məşqçi ünvanına sahib oldu.
3) Bernabue'dakı son 10 oyunda Messi sadəcə 1 dəfə qol vura bilməyib və pas verə bilməyib.
4) Puyol, kariyerasında ikinci dəfə Real Madrid'ə qol vurdu və bu qolların hər ikisinin pasını Xavi verib.
5) Barcelona'nın vurduğu hər iki qolun müəllifi müdafiəçilər idi.




Dünən El Clasico'nu izləyən Rooney twitter hesabından Pepe'ni yad edib :)