Jan 2, 2012
Jan 1, 2012
Ferguson'nun ad günü hədiyyəsini kim verdi?
Sir, ayın 31-də ad günü hədiyyəsi olaraq futbolçularından qələbə və 2012-yə lider girmək istəmişdi. İstədiklərinin heç biri olmadı. Tək ümid isə bugün City'nin Sunderland'dən xal itkisi ilə qayıtmalarını gözləmək idi. Elə də oldu... 90+3-cü dəqiqədə koreyalı Ji, City'ni yıxan qolu vurdu. United'li olsam da düzünü deyim epizod təmiz ofsayd idi. Məsələ burasındadır ki, hər iki Manchester şəhərinin klubu yeni ilə bir birlərindən üstün girə bilmədilər. Bəs Ferguson'a ad günü hədiyyəsini kim verdi? Qolu vuran Ji, Sunderland məşqçisi Martin O'neiil, yoxsa Mancini?
Dec 31, 2011
Dec 30, 2011
Əfsanə geri qayıdır
Thierry Henry, Arsenal ilə 2 aylıq müqavilə imzalamağı qəbul edib. Arsene Wenger də bildirib ki, əgər hər şey yolunda gedərsə, Henry 9 Yanvardakı Leeds United (FA Cup) qarşılaşmasına çıxa biləcək. Geyinəcəyi forma nömrəsi isə hələ ki məlum deyil. Çünki hal hazırda onun 14 nömrəsi Walcott'dadır. Bir çox ingilis qəzetləri transferin 24 saat içində bitəcəyini deyirlər.
Bayram günü TV-də futbol
30 Dekabr, Cümə
23.45 Liverpool – Newcastle (İdman Azərbaycan)
31 Dekabr, Şənbə
16.45 Manchester United – Blackburn (İdman Azərbaycan)
19.00 Chelsea – Aston Villa (İdman Azərbaycan)
19.00 Swansea – Tottenham (Sport 1)
19.00 Chelsea – Aston Villa (İdman Azərbaycan)
19.00 Swansea – Tottenham (Sport 1)
1 Yanvar, Bazar
16.30 West Bromwich – Everton (Sport 1)
19.00 Sunderland – Manchester City (Sport 1)
19.00 Sunderland – Manchester City (Sport 1)
Via: footbaLLove http://www.footballove.com/#ixzz1i12sLpWJ
Dec 29, 2011
2011-ci ilin ən yadda qalan futbol hadisələri
Yanvar: Kenny Dalglish (King Kenny) 20 il sonra Liverpool'a qayıtdı. Ryan Babel twitter'də paylaşdığı bu şəklə görə 10 min funt cəza aldı. Fernando Torres 50 milyon funt qarşılığında Liverpool'dan Chelsea klubuna transfer oldu. Liverpool fanatları da onun formasını belə yandırdı.
![]() |
Mart: Gattuso və Joe Jordan.
Aprel: Bu ayda 3 El Clasico oynandı. Yalnız Copa del Rey finalında Real Madrid, Barcelona'ya üstün gələ bildi. Sergio Ramos sevincindən kuboku avtobusun altına atdı.
May: Manchester City, illər sonra FA Kubokunu qazandı. Manchester United, Premyer Liqada 19-cu çempionluğunu qeyd etdi. Barcelona, 5 ildə 3-cü Çempionlar Liqası çempionluğunu qazandı.
İyun: Fabregas, Barcelona'ya qayıtdı. Chelsea'nin baş məşqçi postuna Villas Boas keçdi. Wayne Rooney başına saç əkdirdi.
İyul: Türkiyədə manipulyasiya edilmiş oyunlar haqqında polis əməliyyata başladı. Başda Aziz Yıldırım olmaqla bir çox futbol adamı həbs edildi. Yaponiya qadın futbol komandası Dünya Çempionu oldu. Uruqvay, Copa America 2011-in qalibi oldu.
Avqust: Mourinho, barmağını Tito Vilanovanın gözünə soxdu :). Arsenal, Old Trafford'da Manchester United'ə 8-2 məğlub oldu. Bu məğlubiyyətdən sonra Arsene Wenger, 5 oyunçu birdən transfer etdi.
Sentyabr: Torres, bunu vura bilmədi. Tevez, ÇL-də oyun zamanı oyuna girməkdən imtina etdi və Mancini onu bir daha əsas heyyətə cəlb etmədi.
Oktyabr: Manchester United, son 50 ildə ilk dəfə Old Trafford'da ən ağır hesabla məğlub oldu; Manchester United 1-6 Manchester City. Balotelli'nin "Why Always Me" köynəyi. Rooney, Qaradağla oyunda etdiyi hərəkətə görə 2 oyunluq cəza aldı və EURO2012-nin ilk 2 oyununda oynaya bilməyəcək.
Noyabr: Blatter: "Futbolda rasizm yoxdur və futbolçular belə məsələləri meydançada həll edirlər". Uels milli komadasının əfsanə futbolçusu və məşqçisi Gary Speed, evində özünü asaraq intihar etdi. Daha bir futbol əfsanəsi Socrates həyata gözlərini yumdu.
Dekabr: Manchester şəhərinin hər iki klubu Çempionlar Liqasında qrupda qaldı. Barcelona 3 ildə 2-ci dəfə Dünya Klublar Çempionu oldu.
2011-ci ilin ən yaxşı on biri:
2011-ci ilin ən yaxşı qolu:
2011-ci ilin ən uğursuz futbolçusu:
2011-ci ilin ən yaxşı baş məşqçisi:
2011-ci ilin ən yaxşı futbolçusu:
Dec 27, 2011
Iniesta'nın sehirli toxunuşu
Ən son El Clasico'da Iniesta show var idi xatırlayırsınızsa. Biraz köhnə videodu, ancaq mən hər gün baxıram və zövq alıram :)
Real Madrid's Backstage
Xmas və Yeni İl ilə bağlı bir çox futbol klubları təbrik mesajlarını video şəklində fanatlarına youtube'dan paylaşır. Real Madrid'li futbolçuların bu videosu isə video çəkilişlərindəndi. Necə deyərlər "buraxıblar özlərini". Xüsusilə də Marcelo və Pepe :)
Subscribe to:
Posts (Atom)












