May 18, 2012
May 15, 2012
RIP Fergie
Carlos Tevez çempionluq turunda keçmiş məşqçisi Sir Alex Ferguson'a ilişib. Daha sonra Tevez və Manchester City klubu rəsmi saytdan bu barədə açıqlama verib və Ferguson'dan üzr istəyib.
May 14, 2012
May 13, 2012
Naməğlub çempion!
2006-cı ildəki skandaldan sonra Serie B'yə düşən Juventus geri döndü və bu sezon 27-ci çempionluğunu elan etdi. Juventus bu sezon heç bir matçda məğlub olmadı. Juventus Serie A'nı 23 qələbə, 15 bərabərlik və 0 məğlubiyyətlə başa vurdu! Amma çox təəssüf ki, Kral Del Piero Juve forması ilə son oyununa çıxdı... Son oyununda da həmişə olduğu kimi super qola imza atdı.
Əlvida Nesta, Gattuso və Pippo
Milan forması ilə bugün son oyunlarına çıxan 3 əfsanə futbolçunu Milan azarkeşləri yaddan çıxarmamışdı. Amerikaya gedən Nesta, 1 illik fasilə verən Gattuso və Milandan ayrılacaq olan Inzaghi üçün tribunalarda gözəl görüntülər var idi...
Raul Al Sadd klubuna transfer oldu
34 yaşındakı əfsanə futbolçu Raul 19 Apreldə Almaniyadan ayrılacağını açıqlamışdı. Bugün isə hansı ölkədə futbol həyatına davam edəcəyini açıqlayıb. Raul gələcək sezondan etibarən Ərəbistanın Al Sadd klubunda çıxış edəcək. Raul 1994-2010-cu illər ərzində Real Madrid, 2010-cu ildən isə Schalke 04 klubunun şərəfini qorudu.
May 6, 2012
50
Pep'in Camp Nou'daki son oyununda Messi Show vardı. Poker edən Messi yeni bir rekorda daha imza atdı. Həftə içi Müller'in 67 qolluq rekordunu yeniləyən Messi bu rəqəmi 72 etdi.
May 5, 2012
FA Cup 7-ci dəfə Chelsea'nin
Həmişəki kimi dünyanın ən qədim kubokunun finalı Wembley stadionunda oynandı və Chelsea 7-ci dəfə kuboku muzeyinə apardı. Oyuna əla başlayan Chelsea 11-ci dəqiqədə Ramires'in qolu ilə 1-0 önə keçdi. İkinci hissəyə Carroll ilə əla başlayan Liverpool istəyinə çata bilmədi. 52-ci dəqiqədə Drogba hesabı 2-0'a çatdırdı. 64-də Carroll 1 qol vursa da bu Liverpool'a bəs etmədi. Eyni zamanda Carroll'un bir qolu da yan hakim tərəfindən sayılmadı... Roberto Di Matteo ilə yüksəlişə keçən Chelsea sezona pis başlasa da əla bitirə bilər. Çempionlar Liqasında final oynayacaq olan Chelsea sezonu artıq 1 kubokla başa vurmağı qarantiyaladı.
Subscribe to:
Posts (Atom)

