May 5, 2012

Sagna EURO2012'də yoxdu


Norwich City ilə oyunda ayağı sınan Arsenal'lı Bacary Sagna EURO2012'də Fransa üçün forma geyinə bilməyəcək. 29 yaşlı müdafiəçinin bu sezon 2-ci dəfə ayağı sınıb. 

İngiltərə'də 20 ilin ən gözəl qolu

Keçən sezon Wayne Rooney'nin City qapısına vurduğu bu möhtəşəm qol azarkeşlərin səs verməsi ilə Premyer Liqada 20 ilin ən gözəl qolu seçilib.

May 3, 2012

Serey Die slaps a ballboy across the face

Sion klubunun futbolçusu Serey Die 1-0'lıq Lozanna məğlubiyətinin hirsini top yığan uşaqdan çıxardıb. Matçın bitməsi ilə birlikdə 27 yaşlı Fildişi Sahilli müdafiəçi top yığan uşağın yanına gedib, bir neçə söz deyib və ardından ona şillə vurur... 
© footbaLLove


Papiss Demba Cisse'dən Chelsea'yə sezonun qolu...


Əsəbi məşqçi

32-ci çempionluq


La Liga'nın bitməsinə 2 həftə qalmış Real Madrid 32-ci çempionluğunu elan etdi. Keçən sezona nisbətən yaxşı sezon keçirən kral klubu sezonu sadəcə La Liga kuboku ilə tamamladı. Mourinho isə çalışdığı 4-cü ölkədə 4-cü çempionluğunu elan etdi.

May 2, 2012

Messi'dən yeni rekord


Barcelona bu sezon çempionluğu Real Madrid'ə verdi, ancaq Messi yeni bir rekorda daha imza atdı. Barça, 36-cı həftədə Camp Nou'da Malaga'nı 4-1 məğlub etdi. Matçda hat-trick edən Messi bu sezonki cəmi qol sayısını 68 etdi və Almaniyalı əfsanə futbolçu 1972/73 sezonundaki 67 qollluq Gerd Müller'in rekordunu qırdı. Qarşıda 2 həftə yenə var və Messi Espanyol və Betis qarşılaşmalarında da qol vuraraq qol sayısını artııra bilər.

May 1, 2012


Capello'nun ayrılmasından sonra yeni məşqçi axtaran İngiltərə Futbol Federasiyası Roy Hodgson'u yığmanın başına gətirdi. 64 yaşlı məşqçi ilə 4 illik müqavilə imzalanıb. Kariyerası boyu çalışdığı klublarda 8 dəfə liqa çempionu olmuş, İsveçrə, Finlandiya, Norveç, İsveç və Ərəb Əmirlikləri yığmalarında da çalışmışdır. 1994-ci ildə İsveçrə ilə Dünya Çempionatı qatılmışdır. 

Hodgson, EURO2012 üçün İngiltərə yığmasının heyyətini Premyer Liqa bitdikdən sonra açıqlayacağını söyləyib. Hələlik isə kapitanlıq barədə bir fikri olmadığını bildirib.