Apr 25, 2012

Finalın adı: Chelsea - Bayern München


Bayern München Bernabue'da penalti zərbələri ilə Real Madrid'i finaldan kənarlaşdırdı. 14 dəqiqə futbol oynayan Real Madrid, 106 dəqiqə Bayern'dən üstün futbol izlədi... Mourinho'nun qorxaq oyunu Real Madrid'i finaldan kənarda qoydu. Ronaldo 6-cı dəqiqədə penaltidən hesabı açsa da, qapanışı edə bilmədi... Qısacası Real Madrid'ə bu il də ÇL kuboku yoxdu. 

EPL'də ilin oyunçusu - RVP


Arsenal klubu çətin bir sezon keçirsə də, kapitanları Robin Van Persie bütün yükü öz üzərində daşımağı bacardı. RVP ard arda 2 mükafata layiq görülüb. Premier League'də oynayan futbolçular arasında ən yaxşı seçilən RVP, idman yazarlarının da seçimi ilə ilin ən yaxşı oyunçusu adına layiq görülüb.

Terry vs Alexis


Apr 22, 2012

Bundesliga'da Çempion dəyişmədi


Keçən ilin çempionu Borussia Dortmund bu il də çempionatın bitməsinə bir neçə həftə qalmış çempionluğunu elan etdi.

Apr 21, 2012

Ribery'nin əsəri


Bayern Münich - Real Madrid (2-1) matçının fasiləsində soyunma otağında Robben ilə Ribery cərimə zərbəsi üstündə dalaşıb. Şəkildən də aydın olduğu kimi Ribery Robben'i "qəşəng" döyüb. Məsələ aydınlaşandan sonra Bayern Münich klubu Ribery'yə 50.000 euro cərimə verib.

162 saniyədə hat-trick

HJK Helsinki forması geyən Joel Pohjanpalo Mariehamn ilə oyunda təxminən 3 dəqiqə ərzində 3 qol vurub.

Dünyanın ən varlı futbol klubları


"Forbes" jurnalı dünyanın ən varlı klublarını açıqlayıb. Son 8 ildir zirvədə olan Manchester United bu il də zirvəni heç kimə vermədi. United 1,4 milyard sterlinqlə dünyanın ən varlı futbol klubudur.

"Forbes" jurnalı bu hesablamaları gəlir, qazanc və borc olaraq hesablayır. 8 ildir bir nömrə olan Manchester United keçən ilki dəyərini 20% artırıb. "Forbes" jurnalı bildirib ki; "Manchester United'in 330 milyonluq azarkeşlərini, klubdakı başqa idman branşlarını nəzərə aldıqda belə onu dünyanın ən varlı klubu edir. United, dünyanın ən zəngin beyzbol klubu olan "New York Yankees" və Amerikan futbolunun ən zəngin klubu olan "Dallas Cowboys"dan belə varlıdır"

2-ci yer isə Real Madrid'indir. Keçən sezon bir neçə ölkədə sərmayə qoyan Madrid klubu gəlirini daha da artırıb. Real Madrid'in dəyəri 1.7 milyard sterlinqdir. Real Madrid'in ardından 3-cü yerdə çox az fərqlə Barcelona gəlir. 4-cü və 5-ci yerləri Bayern Münich və Arsenal bölüşdürüb. Onların ardınca isə Chelsea və Liverpool gəlir...