Apr 14, 2012

R.I.P Morosini



Serie B'də Livorno ilə Pescara arasında oynanan matçda Livorno'lu Piermario Morosini ürəyinin dayanması nəticəsində yerə yıxılıb. Dərhal xəstəxanaya aparılan futbolçunu xilas etmək mümkün olmayıb. Həkim bildirib ki, Morosini xəstəxanaya gələrkən yolda vəfat edib. Morosi'nin ölümündən sonra bu həftə Serie A və B'də bütün oyunlar təxirə salınıb.



Süper Final


Sezon başından bu yana 4 böyük klublardan (Fenerbahçe, Galatasaray, Beşiktaş, Trabzonspor) heç birinin dəstəkləmədiyi play off sisteminin son mərhələsi "Süper Final" bugün Beşiktaş-Galataray matçı ilə başlayır. İlk həftənin digər oyunu isə sabah Kadıköy'də Fenerbahçe ilə Trabzonspor arasında oynanacaq.

39 xalla Çempionluq qrupunun zirvəsində olan Galatasaray'ın ən yaxın təqibçisi Fenerbahçe (34) ilə arasında 5 xal fərq var. Trabzonspor və Beşiktaş'ın isə 28 xalı var. Çempionluğa yaxın olan tərəflər xal fərqlərindən də göründüyü kimi Galatasaray və Fenerbahçe'dir.

Birinci həftə:

15 Aprel - Fenerbahçe - Trabzonspor
16 Aprel - Beşiktaş - Galatasaray
İkinci həftə:

21 Aprel - Trabzonspor - Beşiktaş
22 Aprel - Galatasaray - Fenerbahçe


Üçüncü həftə:

28 Aprel - Trabzonspor - Galatasaray
29 Aprel - Fenerbahçe - Beşiktaş

Dördüncü həftə:

2 May - Galatasaray - Trabzonspor
3 May - Beşiktaş - Fenerbahçe

Beşinci həftə:

5 May - Trabzonspor - Fenerbahçe
6 May - Galatasaray - Beşiktaş

Altıncı həftə:

12 May - Fenerbahçe - Galatasaray
13 May - Beşiktaş - Trabzonspor


Apr 12, 2012

6 ay 21 gün


İbrahim Afellay, 6 ay 21 gün sonra yenidən məşqlərə başlayıb.

Apr 11, 2012

Pele yenə dərmanlarını qəbul etməyib


Santos klubunun 100 illik tarixi üçün yazılan kitabın təqdimatında əfsanə Pele də öz yerini alıb. Təqdimatda çox mənasız cümlələr söyləyib. Ən mənasızı isə budur: "Messi'nin məni keçdiyini söyləyirlər, ancaq Messi Pele olmaq üçün birinci Neymar'ın səviyyəsinə çatmalıdır". 1-2 günə Maradona bununla bağlı açıqlama verər və həmişəki kimi "dərmanlarının vaxtını səhv salıb" deyər.

Apr 7, 2012

Əfran İsmayılov ilə reportaj - Extra Time

Stadium.az saytında “Extra-time” rubrikasının ilk qonağı olan Əfran İsmayılovla müsahibəm:





AD: Əfran
SOYAD: İsmayılov
ATASINI ADI: Amid
DOĞULDUĞU TARİX: 08/10/1988
DOĞULDUĞU YER: Bakı
İDMAN NÖVÜ: Futbol
XOBBİSİ: Bilyard oynamaq

-   Futbolda bütün futbolçular ilk öncə məhəllədə oynamağa başlayırlar. Sizin də futbol həyatınız məhlədən başlayıb?
-  Ümumiyyətlə, götürsək Azərbaycanda hamı məhəllə futbolundan başlayır, birinci məhəllədə oynayırlar. Bizdə uşaq futbolu yeni yaranıb. Bizim vaxtımızda uşaq futbolu demək olar ki, sıfır dərəcəsində idi. Mən dəməhəllədə oynamağa başladım, sonra bir dayım var, sağolsun, o, məni futbola yönəltdi. İndi də “Qarabağ” klubundayam.  Suala cavab isə, bəli, futbola məhəllədə başlamışam.
-  Bəs məhəllədə futbola başlamaqla, məktəbdə futbola başlamağın fərqi nədir?
-  Əlbəttə çox şey... Məhəllədə futbola başlayanda yönləndiricin olmur, ancaq öz beyninlə futbol oynayırsan. Məktəbdə məşqçi ilə işləmək isəfərqlidir. O, sənə topa necə vurmaq lazımdı göstərir, beynini yaxşıişlətməyi öyrədir. Ağıllı futbol oynamaq üçün gərək məktəbdən keçəsən.
-  Uşaqlığınız harada keçib? Necə uşaq olmusunuz?
- Uşaqlıqda çox dəcəl olmuşam. Özümün elə də yadıma gəlmir, amma deyirlər ki, çox dəcəl idim. Uşaq vaxtı futbolu çox sevirdim. Baxmayaraq ki, futbol oynayırdım, eyni zamanda dərslərimi də yaxşı oxuyurdum. Evdəməni ilk öncə dərsə yönəldirdilər, ancaq bir müddət sonra futbolu seçdim, evdəkilər də mənimlə razılaşdılar ki, Əfran futbola gedəcək.
-  Futbol sizin üçün nədir?
- Futbol... çox şey kəsb etdiyini deməzdim. Futbol hər şeydir deməzdim, amma çox şey kəsb edir də deyə bilərəm. Pis çıxmasın, mən futbolla ailəqururam, maşınımı alıram, qohum əqrabaya, ailəmə baxıram, futbol sayəsində tanınıram, Azərbaycanı təmsil edirəm. Bunları götürsək, futbol mənim üçün çox şey kəsb edir.

Apr 3, 2012

Sempre Junts vs Pac-Man

Keçən həftə Milan - Barcelona oyununda Milanlıların düzəltdiyi xareoqrafiya Pac-Man


Bu da Barcelona - Milan oyununda Barçalıların hazırladığı və Mosaico dedikləri xareoqrafiya - "Sempre Junts". Tərcüməsi "Həmişə Birliktəyik"


Apr 1, 2012

Bojan'dan Abidal'a dəstək


Roma - Novara (5-2) oyununda qol vuran Bojan Krkic bu yaxınlarda ciddi əməliyyata girəcək olan köhnə komanda yoldaşı, Abidal'a dəstək mesajı verdi. Köynəyində "Toda La Fuerza De Este Gol Es Para ABI" yazılıb. Mənası "Bu qol bütün gücü ilə Abidal üçündür".