Mar 21, 2012

2 oyun, 2 freekick, 2 xal

Keçən həftə öz evində 90-cı dəqiqədə Cazorla'nın bu freekick qolu ilə 2 xal itirən Real Madrid, bugün də Castellon'da 2 xal itirdi. 2 həftə ard arda bu cür xal itirmək çox pisdi, amma Real Madrid də son həftələrdə yaxşı oynamır.

Kim düzgün deyə bilir ki?

2013-14 Finalının ev sahibi - Estádio da Luz


UEFA, 2013-14 sezonunun final görüşünün oynanacağı məkanı Benfica'ya tapşırdı. Çoxdandı Portuqaliyada final oynanmırdı. Gələn sezon Da Luz'da möhtəşəm final görmək ümidi ilə.

Coentrao niyə yoxdu?


Soldaki Ronaldo, sağındakı isə Coentrao. 3-4 gün qabaq bir restoranda 24-cü ad gününü qeyd edən Coentrao, çıxışda "yeməkdən sonra bir siqaret" yandırım deyib. Daha sonra Malaga ilə olan oyununun ilk 18-liyinə alınmayıb. Mou deyəsən çox hirslənib... Deyilənə görə bu gecə Villareal ilə oyuna da çıxmaya bilər.

Mar 20, 2012

234



Messi Granada qarşısında hat-trick edərək, Barcelona klubunun ən çox qol vuran futbolçusu oldu. O 232 qollu Sezar'ı geridə qoydu. 24 yaşda belə bir tarixi rekord əldə etmək çox çətindi. Messi 234 qolun 153-nü La Liga'da, 19-nu Copa del Rey-də, 8-ni İspaniya Super Kubokunda, 49-nu Çempionlar Liqasında, 1-ni Avropa Super Kubokunda, 4-nü isə Dünya Klublar Çempionatında vurub.

Mar 18, 2012

Gate 13 varsa ...

Bazar günü oynanan Panathinaikos - Olympiakos derbisi tamamlanmadı. Səbəb Olympiakos'un 1-0 öndə olması və Panathinaikos azarkeşlərinin (Gate 13) stadionu cəhənnəmə çevirməsi idi. Olympiakos'un buradan 3 xalla ayrılması çempion olmağa bəs edəcəkdi. Buna görə də PAO azarkeşləri oyunun bitməsinə icazə vermədilər.