Mar 18, 2012

'Ánimo Abidal' & 'Get Well Soon Muamba'


Real Madrid'li futbolçular meydançaya bu formalarla çıxdılar. Bu günlərdə əməliyyat olacaq olan Abidal və dünən meydançada ürəyi dayanan Muamba üçün dua edirlər...

270 dəqiqədə 20 qol


Hoffenhaim və Basel'ə 7, Hertha Berlin'ə də 6 qol. ÇL-də Marseille kişi kimi oynasa Bayern - Real Madrid maraqlı olacaq :)

Mar 17, 2012

Pray for Muamba!

FA Cup 1/4 final oyununda Bolton'un 23 yaşlı futbolçusu Muamba'nın meydançada ürəyi dayanıb. Həkimlərin müdaxiləsindən sonra xəstəxanaya götürülən Muamba'nın vəziyyəti hal hazırda yaxşıdır. Hər dəfə belə xəbər eşidəndə Feher yadıma düşür.


Video - Muamba's heart attack

Mar 16, 2012

München`də El Clasico?


Belə baxanda imkansız kimi görünmür. Amma onu deyə bilərəm ki, APOEL-Real Madrid oyunundan başqa bütün oyunlar həddindən artıq çox maraqlı olacaq.

Foto: MARCA.com

Mar 15, 2012

Joe Hart turu gətirəcəkdi ...

Gigante Altetic!


MARCA'nın başlığı... Bielsa'nın başçılığı ilə əla futbol oynayan Atletic Bilbao İspaniyada da United'i evinə əli boş göndərdi. Çox böyük uğurdu. Tərəfli tərəfsiz Bielsa'nın oynatdığı oyun hamıya ləzzət edir. United'in sadəcə Premyer Liqanı fikirləşməsi bu uğura kölgə sala bilməz. 

Digər Manchester klubunun yolunu isə Sporting kəsdi. 2-0 geriyə düşməsinə baxmayaraq, hesabı 3-2 edən City klubuna bu bəs etmədi və yarışdan kənara qaldı. Başları rahat vəziyyətdə Premyer Liqaya gedirlər :)

Mar 12, 2012

Zirvəni dəyişən qadın


Dünən Manchester City, Swansea'də həyati bir 3 xal itirdi və Manchester United yenidən lider oldu. Bəlkə də bu liderliyi Rooney ilə bərabər gətirən qadın yan hakim, Sian Massey idi. 88-ci dəqiqədə Micah Richards'ın ofsaytda olduğunu gözündən qaçırmayan qadın hakimə təşəkkürlər.