Jan 6, 2012

Jan 4, 2012

Reus Dortmund'a

Borussia Mönchengladbach klubu, Reus'un Dortmund'la gələcək sezon üçün anlaşdıqlarını rəsmi saytından açıqlayıb. Dormund'un baş məşqçisi Jürgen Klopp bir gənci daha transfer etdi və son illərdə gördüyüm ən ağıllı transferləRdən birinə imza atdı.


 




Reina "kəpənək" tutarkən


Jan 3, 2012

Avropa liqalarında qol kralları

Bugündən etibarən bir neçə Avropa liqasında sezonun 2-ci dövrəsi başlayır, bir neçəsində isə kubok oyunları oynanacaq. 2-ci dövrə qabağı sizlərə Avropanın ən önəmli liqalarının qol krallarını təqdim edirəm.

İngiltərə Premier League:

1. Robin Van Persie (Arsenal) - 17
2. Demba ba (Newcastle) - 14
3. Wayne Rooney (Man Utd) - 13


İspaniya La Liga:

1. Cristiano Ronaldo (Real Madrid) - 20
2. Leonel Messi (Barcelona) - 17
3. Gonzalo Higuain (Real Madrid) - 12


Almaniya Bundesliga:

1. Mario Gomez (Bayern Münich) - 16
2. Klaas-Jan Huntelaar (Schalke 04) - 15
3. Lukas Podolski (FC Köln) - 14


İtaliya Serie A:

1. German Denis (Atalanta) - 12
2. Zlatan İbrahimoviç (Milan) - 11
3. Di Natale (Udinese) - 10


Fransa League 1:

1. Olivier Giroud (Montpellier) - 13
2. Kevin Gameiro (PSG) - 9
3. Jires Kembo-Ekoko (Rennes) - 7


Hollandiya Eredevisie: 

1. Bas Dost - (Heerenveen) - 14
2. Dries Mertens (PSV) - 13
3. John Guidetti (Feyenoord) - 11









Jan 2, 2012

Avropada oynayan Top 10 Asiyalı

10. Javad Nekounam - İranlı futbolçu 6 sezondur Osasuna'da forma geyinir. 


9. Ryo Miyaichi - Yapon futbolçu Arsenal'a imza attıqdan sonra Feyenoord'a icarəyə verildi. 2010-11 sezonunu Hollandiyada keçirən Ryo, 2011-12 sezonunda yenidən Arsenal'a qayıtdı.


8. Ki Sung-Yueng - Koreyalı futbolçu Şotlandiyada, Celtic forması geyinir. 


7. Atsuto Uchida - Yapon futbolçu, 5 sezon ölkəsində Kashima forması geydikdən sonra 2010-cu ildə Schalke 04-ə transfer oldu. Hal-hazırda Almaniyada forma geyən ən yaxşı Asiyalı futbolçulardan biridir.


6. Tim Cahill - Avstraliyalı təcrübəli futbolçu, əvvəlcə 4 sezon Milwall klubunda, İngiltərə ikinci liqasında oynadıqdan sonra, 2001-2002 sezonunda Premyer Liqaya çıxır və 2004-05 sezonunda Milwall yenidən ikinci liqaya qayıdır, lakin 3 sezon özünü Premyer Liqada isbatlayan Cahill, Everton'a transfer olur.


5. Ali Al-Habsi - Omanlı qapıçı, 2005-06 sezonundan bu yana Premyer Liqada çıxış edir. Əvvəlcə 5 sezon Bolton'da forma geyinən qapıçı, 2 ildir ki, Wigan'da oynayır. 


4. Lee Chung-Yong - Cənubi Koreyalı futbolçu, 4 sezon ölkəsində Seoul forması geydikdən sonra, 2009-cu ildə Premyer Liqada Bolton'a transfer olur. 3 sezondur Premyer Liqada oynayır.


3. Yuto Nagatomo - Yapon müdafiəçi, 1 sezon Cesena forması geydikdən sonra 2010-11 sezonunda  icarə əsasında İnter klubunda oynayır.


2. Shinji Kagawa - Yaponiya futbolunun son illərdə yetişdirdiyi ən yaxşı oyunçulardan biridir. 2 sezondur Almaniya Bundesliga'sında, Borussia Dortmund forması geyinir. İlk sezonunda Dortmund'un çempionluğunda onun da böyük payı var.


1. Park Ji-Sung - Ferguson'un Hollandiya liqasından kəşf etdiyi Cənubi Koreyalı futbolçu 7 sezondur ki, Manchester United forması geyinir. Koreyada futbola maraq oyadan bir neçə səbəbdən biri də elə United'li azarkeşlərin dediyi kimi "Kung Fu Park"dır :)










Bayramdan sonra TV-də futbol



2 Yanvar, Bazar Ertəsi
19.00 QPR – Norwich (Спорт 1)
19.00 Aston Villa – Swansea (LİG TV2)
19.00 Wolverhampton – Chelsea (İdman Azərbaycan)
21.30 Fulham – Arsenal (İdman Azərbaycan)

3 Yanvar, Çərşənbə Axşamı
20.00 Kayserispor – Bursaspor (LİG TV2)
20.00 Sivasspor – Kardemir Karabük (LİG TV3)
20.00 Trabzonspor – Manisaspor (LİG TV)
22.30 Mersin İdman Yurdu – Ankaragücü (LİG TV2)
22.30 Galatasaray – İstanbul Belediye (LİG TV)
00.00 Liverpool – Manchester City (İdman Azərbaycan)
01.00 Real Madrid – Malaga (НТВ Спорт)

4 Yanvar, Çərşənbə
20.00 Gençlerbirliği – Samsunspor (LİG TV2)
20.00 Orduspor – Fenerbahçe (LİG TV)
22.30 Gaziantepspor – Antalyaspor (LİG TV2)
22.30 Beşiktaş – Eskişehirspor (LİG TV)
00.00 Newcastle – Manchester United (İdman Azərbaycan)
01.00 Barcelona – Osasuna (НТВ Спорт)

5 Yanvar, Cümə Axşamı
01.00 Valencia – Sevilla (НТВ Спорт)


Via: 
http://www.footballove.com

Henry Arsenal'ın yeni sezon forması ilə

Arsenal rəsmi saytı Henry'nin, Arsenal'ın bu sezonki forması ilə çəkdirdiyi şəkli paylaşıb. Artıq 100% əmin ola bilərik ki, Henry Yanvarın 9-u Leeds United oyununa Arsenal forması ilə çıxacaq.


Jan 1, 2012

Ferguson'nun ad günü hədiyyəsini kim verdi?

Sir, ayın 31-də ad günü hədiyyəsi olaraq futbolçularından qələbə və 2012-yə lider girmək istəmişdi. İstədiklərinin heç biri olmadı. Tək ümid isə bugün City'nin Sunderland'dən xal itkisi ilə qayıtmalarını gözləmək idi. Elə də oldu... 90+3-cü dəqiqədə koreyalı Ji, City'ni yıxan qolu vurdu. United'li olsam da düzünü deyim epizod təmiz ofsayd idi. Məsələ burasındadır ki, hər iki Manchester şəhərinin klubu yeni ilə bir birlərindən üstün girə bilmədilər. Bəs Ferguson'a ad günü hədiyyəsini kim verdi? Qolu vuran Ji, Sunderland məşqçisi Martin O'neiil, yoxsa Mancini?