Dec 20, 2011
Trezeguet, Argentina 2-ci liqasında
Trezeguet, Yuventus'dan ayrıldıqdan sonra əvvəli Trezeguet ola bilmədi. Hercules'dən sonra Ərəbistana üz tutan və zədəsinə görə bu klubdan ayrılmaq məcburiyyətində qalan Trezeguet indi isə keçən sezon ikinci liqaya düşən Argentinanın ən məşhur futbol klubu River Plate'ə transfer oldu. Uşaqlıq xəyalları gerçək olub. Maraqlısı odur ki, Yuventus'dan ayrıldandan sonra hara getsə 2-ci liqaya üz tuturlar :)
Dec 19, 2011
20.000-ci qol kimin olacaq?
İngiltərə Premyer Liqasında hamı 20.000-ci qolun kimdən gələcəyini gözləyir. Namizədlər isə bunlardır: Sturridge, Rooney, RVP, Silva, Agüero, Carroll, Yaya Toure və Suarez. Mən isə 20.000-ci qolu Torres'in vurmasını istərdim...
Dec 18, 2011
Messi və Neymar
Dünya Klublar Kuboku Finalından bir foto. Bir tərəfdə dünyanın 1 nömrəsi Messi, digər tərəfdə də Braziliyanın 1 nömrəsi Neymar Jr.
"1996 Aykut Kocaman 2011" Xareoqrafiyası
Fenerbahçe - Trabzonspor oyununda qapı arxası tribunalarda möhtəşəm bir xareoqrafiya izlədik. Bu möhtəşəm "əsəri" Okul Açık Grupu hazırlayıb.
P.S Digər klub fanatları biraz qısqandılar açığı, ancaq bu tribuna mədəniyyətidir, bir gün onlar da öyrənər. Hələlik bunu Türkiyədə ən yaxşı bacaran Fenerbahçe azarkeşləridir ;)
İntiqam günü
Bugün intiqam günüdür... Hələ keçən sezon bitmədən, Fenerbahçe'nin qazandığı hər oyun sonrası açıqlamalar edən Trabzonspor klubu bugün Kadıköy'ə gəlir. Fenerbahçe'nin haqqı olan ÇL-ə onlar getdi, üstümüzdən özlərini reklam etdilər, Rıdvana, Aykuta demədikləri qalmadı, cavabları verildi hamısının. Təkcə axırıncı açıqlamalarının və Şenol Güneş'in cavabı verilmədi, çünki o cavab bu axşam meydanda veriləcək! Stadionda iynə atsan yerə düşməyəcək, üstəlik azarkeşlər möhtəşəm bir xareoqrafiya hazırlayıblar... Təkcə Fenerbahçe'li azarkeşlər deyil bütün futbolsevərlər bu oyunu qaçırtmasın...
FC Barcelona are world champions!
Bəlkə də digər klub fanatları bu cümlədən beziblər, çünki Barça'nın neçə illərdi yer üzündə qazanmadığı kubok qalmadı... Bugün bu kuboklardan daha birini, Dünya Klublar Kubokunu başı üzərinə qaldırdı... Santos'a əsl futbol dərsi keçən Barcelona, oyunu 4-0 hesabı ilə qazandı. Messi (2), Xavi, Cesc'in qolları ilə Yaponiyadan kubokla qayıdırlar. Santos isə təcrübə qazanaraq öz ölkələrinə qayıda bilər.
Subscribe to:
Posts (Atom)






